“Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olundu
Pressline.az bildirir ki, “AzerGold” QSC tərəfindən Naxçıvan memarlıq məktəbinin banisi, dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin zəngin irsini əks etdirən gümüş xatirə sikkəsi təqdim olunub.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış bu xüsusi buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Xatirə sikkəsi dahi memarın zəngin irsini yaşatmaqla yanaşı, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində Azərbaycanın tarixi memarlıq ənənələri ilə müasir şəhərsalma yanaşmaları arasında bağlılığın təbliğinə yönəlmiş simvolik töhfədir. Unikal gümüş sikkə mötəbər tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın zəngin memarlıq irsinə yönəltməyi hədəfləyir.
Azərbaycanın orta əsr memarlıq ənənələrini özündə əks etdirən yeni gümüş sikkənin konseptual dizaynı tarixi varisliklə müasir innovasiyaların vəhdəti prinsipi əsasında hazırlanıb. Azərbaycanın dünya sivilizasiyasına bəxş etdiyi nadir memarlıq inciləri sikkə üzərində numizmatika sahəsində texnoloji yenilik sayılan “Smartminting” texnologiyasının tətbiqi ilə həkk edilib. Metal səthdə dahi memarın daş üzərində yaratdığı zərif detallar və mürəkkəb teksturalar təbii rənglərinə uyğun olaraq ultra yüksək relyefli təsvirlər şəklində yüksək dəqiqliklə əks olunub.
Sikkənin tərtibatında Naxçıvan şəhərində yerləşən və Əcəmi dühasının məhsulu olan Möminə Xatun məqbərəsi, Yusif ibn Küseyir türbəsi, Möminə Xatun məqbərəsinin önündə yerləşən qoşa minarəli baştağ, həmçinin Əcəmi memarlıq məktəbinin nümunələrindən sayılan Qarabağlar türbəsi vahid kompozisiya şəklində təqdim edilib.
Yeni sikkə limitli sayda olmaqla, həm kolleksiyaçılar, həm də mədəni irsə maraq göstərən geniş auditoriya üçün nəzərdə tutulub. Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platformasında sikkə nümunələri ilə tanış olmaq və əldə etmək mümkündür.
-
7.05.2026Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi -
8.04.2026Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib - SİYAHI -
4.05.2026“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub -
22.04.202655 mindən çox şagird imtahan verəcək -
9.04.2026Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Xəbər lenti
-
30.06.20262000 manatdan çox maaş alan müəllimlərin sayı MƏLUM OLDU
-
30.06.2026Sodayla ağ saçlardan qurtulmağın yolu
-
30.06.2026Azərbaycan nefti bahalaşdı
-
30.06.2026Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
-
30.06.2026“Amerika bunu etsə, biz də öhdəliklərimizi yerinə yetirəcəyik”
-
30.06.2026"Avrosof"un 40 minlik borcu aşkarlandı
-
30.06.202623 yaşlı azərbaycanlı Polşada faciəli şəkildə öldü
-
30.06.2026Vladimir Putinlə görüş baş tutacaq — Paşinyan
-
30.06.2026Almaniyada ana və uşaq sığınacağına silahlı hücumda 6 nəfəri öldürülüb
-
29.06.2026"Nəriman Nərimanov" metrosu ətrafında bu obyektlər sökülür
-
29.06.2026Bu rayonlarda külək əsəcək- XƏBƏRDARLIQ
-
29.06.2026Ramil Şeydayev Rusiya klubuna keçə bilər
-
29.06.2026Bu gündəlik vərdişlər orqanlara ciddi zərər verə bilər - SİYAHI
-
29.06.2026"Demokratiya TV"nin rəhbəri həbs edildi
-
29.06.2026İyulun 1-də təbiət hadisəsi baş verəcək
-
29.06.2026ABŞ-də yeddiaylıq qızı güllələyən 10 yaşlı oğlan həbs edildi
-
29.06.202622 yaşlı reper haqda ölüm cəzası çıxarıldı
-
29.06.2026Kəşfiyyat şefi COVID-in sirrini açdı, konkret ad çəkdi - doktor Entoni Fauçi...
-
29.06.2026Yaponiyada yeni dişlərin çıxmasını hədəfləyən dərman sınaqdan keçirilir
-
29.06.2026"Azərbaycan Türk dünyasında söz sahibidir"
-
29.06.2026Yasamalda BYD markalı avtomobil aşıb, xəsarət alanlar var
-
29.06.2026Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
-
29.06.2026Ödəniş sistemlərinin xariclə inteqrasiyası....
-
29.06.2026Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi
-
29.06.2026Dondurulmuş limon həqiqətən də xərçəngdən qoruyurmu?
-
29.06.2026Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ
-
29.06.2026Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın baş həkimi dəyişdi
-
29.06.2026Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA
-
29.06.2026Sabah yağış, şimşək və dolu yağacaq
-
29.06.2026Kredit pullarının verilməsində yeni qayda: Vəsaitlər nə vaxt hesaba köçürüləcək?
