11.05.2026

6 yaşlı oğlan məktəb ekskursiyası zamanı elə bir şey tapdı ki... - Foto

 

Norveçdə 6 yaşlı oğlan məktəb ekskursiyası zamanı vikinqlər dövrünə aid qılınc tapıb.

Pressline.az xarici KİV-ə istinadən xəbər verir ki, məktəblilər ekskursiya üçün Brandbu kəndindəki tarlalarda olublar. Bu zaman balaca oğlan yerdə maraqlı əşya görüb. .

Məktəb arxeoloqlarla əlaqə saxlayıb və artefaktı təhvil verib. Onun təxminən 1 300 il yaşı olan nadir birülgüclü qılınc olduğu ortaya çıxıb.

Qılınc Oslonun Mədəniyyət Tarixi Muzeyində saxlanılacaq.

 

Xəbər lenti