TAC: ABŞ Yaxın Şərqdən qoşunlarını çıxarmağa məcbur qala bilər
"The American Conservative" (TAC) ABŞ administrasiyasının İranla müharibə başa çatdıqdan sonra Yaxın Şərqdəki hərbi mövcudluğunu azaltmaq qərarı verməyə məcbur ola biləcəyini yazıb.
Pressline.az xəbər verir ki, məqalədə bildirilir ki, ABŞ indiyədək İranla qarşıdurma zamanı qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib. Eyni zamanda, Hörmüz boğazının bağlanması neft, digər enerji daşıyıcıları, gübrə və ərzaq məhsullarının qiymətlərinin kəskin artmasına səbəb olub.
Nəşr qeyd edir ki, Pentaqon əməliyyat xərclərini 25 milyard dollar səviyyəsində açıqlasa da, real məbləğin bundan üç dəfə çox ola biləcəyi ehtimal edilir. Məqalədə ABŞ hərbi arsenalının da ciddi şəkildə tükəndiyi vurğulanır.
“The American Conservative” yazır ki, bütün bu itkilərə baxmayaraq, Vaşinqton üçün müsbət tərəf ABŞ-nin regiondakı mövcudluğunu azaltmaq məcburiyyətində qalması ola bilər. Nəşrin fikrincə, bu qərar əslində çoxdan verilməli idi.
Məqalədə qeyd olunur ki, ABŞ-nin regiondakı bir sıra hərbi bazalarının şəxsi heyəti qarşıdurma başlamazdan əvvəl və ya ilk günlərdə qismən və ya tam şəkildə təxliyə olunub. Buna görə də həmin bazalar müharibədə ciddi rol oynamayıb.
Nəşr bildirir ki, ABŞ bazalarının yerləşdiyi Yaxın Şərq ölkələri üçün bu müharibə xəbərdarlıq siqnalına çevrilib. Məqalədə vurğulanır ki, Vaşinqton İrana zərbələr endirməzdən əvvəl ərəb müttəfiqləri ilə məsləhətləşməyib, İranın cavab hücumları zamanı isə diqqətini əsasən İsrailin müdafiəsinə yönəldib.
“The American Conservative” hesab edir ki, Yaxın Şərq ölkələri Vaşinqtonla münasibətlərinə yenidən baxmağa başlaya bilərlər və bu proses artıq başlamış ola bilər.
Jurnalın fikrincə, ABŞ-nin regiondan mümkün çıxışı mütləq alçaldıcı məğlubiyyət anlamına gəlməməlidir. Bu, təhlükəsizlik məsuliyyətinin region ölkələrinin üzərinə verilməsi məqsədilə müttəfiqlərlə koordinasiya olunmuş strateji qərar kimi həyata keçirilə bilər./teleqraf
-
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
28.04.2026Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır? -
5.05.202625 milyonluq "təmir" - “Xezer-Construction” və “Az.Arxitektura” şirkətlərini kim birləşdirir?- İLGİNC -
23.04.2026Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik" -
9.05.2026Ermənistana 8 vaqon dizel yanacağı göndərildi
Xəbər lenti
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-Video
-
26.06.2026Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoyduz
-
26.06.2026Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə
-
26.06.2026Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı
-
26.06.2026DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
26.06.2026Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
-
26.06.2026Nənə qızını və 4 nəvəsini öldürdü
-
26.06.2026Həbsxanalarda bu il 31 cütlük ailə qurdu
-
26.06.2026Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
26.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
26.06.2026Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
26.06.2026Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
26.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
26.06.2026Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?
-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
-
26.06.2026Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ
-
26.06.2026İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi
