23.04.2026
Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"
Beynəlxalq Enerji Agentliyinin (IEA) prezidenti Fatih Birol İran, İsrail və ABŞ arasında davam edən münaqişə fonunda yaranan enerji böhranı ilə bağlı bir daha xəbərdarlıq edib.
Pressline.az xəbər verir ki, o, "tarixin ən böyük enerji böhranı ilə qarşı-qarşıyayıq" ifadəsini təkrarlayaraq, mövcud vəziyyətin miqyasına diqqət çəkib. Davam edən müharibə səbəbindən çox böyük həcmdə enerji itkisi yaşandığını bildirib.
1973, 1979 və 2022 böhranlarından daha böyük
Fatih Birol dünyada baş verən hazırkı enerji böhranının əvvəlki böyük böhranlarla müqayisədə daha ciddi olduğunu vurğulayıb. O qeyd edib:
"Tarixin ən böyük enerji böhranı ilə qarşı-qarşıyayıq. Son 50 ildə üç böyük böhran yaşadıq: 1973 neft böhranı, 1979 neft böhranı və dörd il əvvəl Rusiya-Ukrayna müharibəsindən sonra yaranan təbii qaz böhranı".
"Çox böyük həcmdə neft və qaz itirdik"
Fatih Birol İran, İsrail və ABŞ müharibəsi çərçivəsində Körfəz bölgəsinə edilən hücumlar, İranın dünya neftinin təxminən 20 faizinin keçdiyi Hörmüz Boğazını bağlaması və ABŞ-ın bölgəyə tətbiq etdiyi blokadalar səbəbindən ciddi enerji itkisi yaşandığını bildirib.
O əlavə edib ki, hazırda itirilən neft və qaz həcmi əvvəlki üç böyük böhranın ümumi göstəricisindən də çoxdur:
"Bugünkü müharibədə itirdiyimiz neft və qaz miqdarı, sözügedən üç böhranın toplamından daha böyükdür. Bundan əlavə petrokimya məhsulları, gübrələr, helium və kükürd kimi vacib resurslar da ciddi şəkildə təsirlənib. Çox ".
"50 il əvvələ nisbətən daha şanslıyıq"
Fatih Birol böhranın miqyasına baxmayaraq, vəziyyətin tamamilə çıxılmaz olmadığını da qeyd edib. O bildirib ki, müasir texnologiyalar sayəsində enerji sektorunda daha effektiv həllər mövcuddur:
"Bu böhrana da, xüsusilə enerji sahəsində, güclü reaksiya veriləcəyinə inanırıq. 50 il əvvəllə müqayisədə bu gün daha şanslıyıq, çünki daha səmərəli və iqtisadi cəhətdən əlverişli texnologiyalara sahibik".//Qaynarinfo
Oxşar xəbərlər
-
21.04.2026BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər -
2.04.2026İran–İsrail münasibətləri: artan gərginlik və regional risklər -
9.04.2026Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib -
3.04.2026Trampdan İranla müharibə barədə yeni açıqlama: “Son mərhələdəyik” -
4.04.2026ABŞ ordusunda gözlənilməz istefa: Baş qərargah rəisi vəzifədən getdi
Xəbər lenti
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə
-
25.06.2026Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü
-
25.06.2026“Brent” ucuzlaşdı
-
25.06.2026Növbəti köç karvanları yola salındı
-
25.06.2026Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
