Tarix Əliyevlə bağlı qərar verildi
Tarix Əliyev barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edilib.
Pressline.az xəbər verir ki, məhbus xanımı Tarix Əliyevin Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.
İddiaçı qadın buna səbəb kimi Tarix Əliyevin 8 iyun 2025-ci il tarixdə "TikTok"da canlı yayım zamanı məhbus ailələrini təhqir etməsini göstərib.
Nərimanov Rayon Məhkəməsində hakim Kamal Babayev xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edib.
Bundan sonra iddiaçı və onun nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Lakin bu instansiya da Nərimanov Rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb.
Sonda Ali Məhkəməyə üz tutan iddiaçı kassasiya şikayətində bildirib ki, məhkəmə cinayətin bilavasitə obyekti və ünvanlılıq məsələsinin yanlış qiymətləndirib. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunur ki, təhqir konkret şəxsə və ya "kifayət qədər müəyyən edilə bilən şəxslər qrupuna" yönəlməlidir. Lakin "müəyyən edilə bilən qrup" anlayışı o demək deyildir ki, ifadə mütləq fərdi ad və soyadla çəkilməlidir.
Plenum Qərarının məhz bu hissəsində "kifayət qədər müəyyən edilə bilən qrup" anlayışının məqsədi ifadənin obyektiv surətdə konkret şəxs(lər)i hədəf alma ehtimalını istisna etməməkdir.
"Hazırkı iş üzrə təhqiramiz ifadə konkret sosial qrupa, məhbuslara və onların ailə üzvlərinə yönəlib və bu ifadənin geniş izləyici kütləsinə sahib olduğu sosial şəbəkədə canlı yayımda səsləndirilməsi şikayətçinin özünü birbaşa bu qrupun üzvü kimi hiss etməsinə və mənəvi zərər çəkməsinə səbəb olub. Bu, CM-in 148-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəliliyi və obyektiv tərəfi tam şəkildə əks etdirir.
Məhkəmə ifadəni "mücərrəd və ümumiləşdirilmiş" hesab edib, lakin ifadənin "mücərrəd" hesab edilməsi əsassızdır, ifadənin konkret mühitdə, yəni şikayətçinin həyat yoldaşının da daxil olduğu "məhbuslar" qrupuna dair müzakirə zamanı səsləndirilməsi, onun ictimai yayımı və məzmunu birgə nəzərdən tutulduqda, ifadənin konkret şəxsin mənəvi sferasına yönəldiyi nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Əks təqdirdə, hər hansı ictimai qrupa ünvanına səslənən, lakin konkret şəxsə mənəvi zərər yetirən ifadələr tam cəzasız qalardı ki, bu da cinayət hüququnun müdafiə məqsədi ilə ziddiyyət təşkil edərdi" - şikayətdə qeyd olunub.
Məhkəmə kollegiyası əvvəlki instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edib ki, CM-in 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayəti yalnız birbaşa qəsdlə törədilə bilər və bu qəsd konkret şəxsin şərəf və ləyaqətini alçaltmağa yönəlməlidir. İş materiallarında Tarix Əliyevin niyyətinin məhz şikayətçinin və ya onun daxil olduğu konkret şəxslər qrupunun şərəf və ləyaqətini alçaltmağa yönəldiyini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Buna görə də xüsusi ittiham qaydasında verilmiş şikayət təmin edilməyib. /milli.az
-
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
18.03.2026Bu şəxslər ömürlük pensiya alacaq -
4.05.2026Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ -
31.03.2026Yeni hərbi obyektlər istifadəyə verildi - FOTO -
4.05.2026Keçmiş nazir Rahim Hüseynovla bağlı araşdırma başlandı
Xəbər lenti
-
26.06.2026Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
