“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Pressline.az xəbər verir ki, Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Peşə Əmək Reabilitasiya Mərkəzində “JestPlus” mobil tətbiqinin istifadəsinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Tədbirdə 30 eşitmə və nitq məhdudiyyətli şəxs iştirak edib. Görüşün məqsədi iştirakçıları “JestPlus” mobil tətbiqinin istifadə qaydaları və təqdim etdiyi imkanlarla tanış etmək olub. Azərbaycanda ilk dəfə jest dilinin öyrənilməsi üçün yaradılan “JestPlus” tətbiqi istifadəçilərə interaktiv dərslər, testlər və praktiki tapşırıqlar vasitəsilə jest dilini sistemli şəkildə mənimsəməyə imkan verir. Tətbiq eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyət imkanlarının genişləndirilməsinə, inklüzivliyin təşviqinə və jest dilinin daha geniş auditoriya üçün əlçatan olmasına xidmət edir. Bu mühüm sosial layihə “Nar”la yanaşı, ADA Universiteti və ADA Universiteti Fondunun, bp və onun tərəfdaşlarının dəstəyi ilə reallaşdırılıb. Qeyd edək ki, “JestPlus” tətbiqini “App Store” və “Google Play” platformalarından yükləmək mümkündür.
Tədbirdə Peşə Əmək Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətli, “Karlara Dəstək” İctimai Birliyinin sədr müavini Heydər Rəhimli, “Nar”ın Koprorativ sosial məsuliyyət və sponsor layihələri üzrə eksperti Nuranə Əliyeva və ADA Universitetinin nümayəndəsi, “JestPlus” layihəsinin texniki məsələlər üzrə rəhbəri Amir Adamov çıxış edərək rəqəmsal inklüzivliyin və əlçatan təhsil imkanlarının əhəmiyyətini vurğulayıblar. İnteraktiv formatda keçirilən görüş zamanı iştirakçılara tətbiqin funksiyaları nümayiş etdirilib, onların sualları cavablandırılıb və tətbiqdən istifadə ilə bağlı praktiki tövsiyələr təqdim olunub.
“Nar” cəmiyyətin müxtəlif qrupları üçün bərabər imkanların yaradılmasına və rəqəmsal əlçatanlığın artırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
-
19.05.2026“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib -
2.06.2026“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir -
9.05.2026Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib -
6.05.2026Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədris 1 aydan dayandırılıb: Vərəmə yoluxma -
19.05.2026"Azərişıq" ASC ilk dəfə “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramını Qəbələdə təşkil edib
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə
