Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşir, ağaclar dəyəri ödənilməklə kəsiləcək, kollar üçün isə ödəniş alınmayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılan “Yaşıllıqların mühafizəsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda yaşıllıqların götürülməsinə yol veriləcək. Bu halda yaşıllıqların götürülməsi (kəsilməsi) ağaclara münasibətdə onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilməlidir.
Layihəyə əsasən, bu halda kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.
Kolların kəsilməsi ilə bağlı isə məlumatlandırma icraatı həyata keçirilməlidir.
Ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl müvafiq məlumatlar təqdim olunur. Yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 (on) təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə, ərizəçi kolların kəsilməsini həyata keçirə bilər. İrad olduqda, həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
Qeyd edək ki, hazırda ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda da yaşıllıqların götürülməsinə yol verilir. Təklif olunan dəyişikliyə görə, bu halda da ağaclara münasibətdə onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra prosesin həyata keçirilməsi şərti müəyyənləşir.
Layihədə ağac və kol anlayışları da əksini tapıb.
Əgər hazırda yaşıllıqların götürülməsi qanunda icazə verilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir sayılırdısa, yeni təklif oluna dəyişikliklərlə əlaqədar bu sıraya ağac, kol və digər bitkilərin bərpa edilmədən kəsilməsi daxil edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
***
Kolların kəsilməsi ilə bağlı yalan məlumat verənlər cərimə ediləcək.
Bu, Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 253-1.5-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə ediləcək.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlarda kolların kəsilməsinə görə müəyyənləşəcək yeni qayda ilə bağlıdır. Kolların kəsilməsi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilməlidir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
-
9.04.2026Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib -
27.04.2026Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub -
26.05.2026Yaşıllıqların məhv edilməsi barədə yalan məlumat verənlər cərimələnəcək -
6.06.2026Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib -
28.04.2026Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
-
23.06.2026Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
-
23.06.2026“Azeri Light” 80 dollara satılır
