Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Pressline.az bildirir ki, Abşeron Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Görüşdə RİH başçısı Abdin Fərzəliyev bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 may 2026-cı il tarixli Sərəncam imzalanıb.
Sərəncamın məqsədinin Respublikanın ərzaq təhlükəsizliyinin qarantı sayılan kənd təsərrüfatı sektorunun, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin davamlı inkişafına nail olmaq olduğunu vurğulayan Abdin Fərzəliyev qeyd edib ki, bu proqramının icrası çərçivəsində dövlət strukturlarının vəzifələri məyyənləşdirilmişdir. Vurğulanıb ki, 01.01.2026-cı il vəziyyətinə rayonun istifadəçiliyində olan ümumi ərazi 216517 ha olmaqla inzibati ərazi hüdudları daxilində təhkim olunmuş torpaq sahəsi 194007 ha təşkil edir. Rayonda kənd təsərrüfatının əsas istiqaməti qoyunçuluq və maldarlıqdır. Belə ki, rayon üzrə istifadə olunan torpaqların 42.5 %-i, başqa sözlə 92027.0 ha yararlı örüş-otlaq sahələrinin payına düşür. Rayon üzrə 3958 ha sahə çoxillik əkmələr (zeytun bağları 3251 ha, badam bağları 707 hektar) altında istifadə olunur. Cari il ərzində həmin bağlardan 72835 sentner zeytun və 41850 sentner badam məhsulu toplanmışdır. Rayon üzrə kənd təsərrüfatına yararlı torpaq sahələri 110551.0 hek olmaqla istifadə olunan torpaqların 51.1 %-ni təşkil edir. Rayonda iri aqrar səneye kompleksləri fəaliyyət göstərir. Bunlardan Azərsun Holding, “Grand Agro” MMC, Azbadam MMC, Binə Agro MMC, “Xəmsə M” MMC, Səhliyalı MMC, Olive Garden MMC, Azərquşçuluq MMC, Səba ASC, “Astel LTD” MMC və s. qeyd etmək olar.
Rayonda fəaliyyət göstərən istixanaların sahəsi 700 hektara yaxındır. istixana təsərrüfatlarında müasir aqretexniki üsullarla yetişdirilən tərəvəz bitkilərinin məhsuldarlığının açıq əkin sahələri ilə müqayisədə 20 dəfəyə qədər çox olduğunu nəzərə alsaq bu göstərici 14000 ha açıq tərəvəz əkini sahəsi ilə ekvivalentdir.
Rayonda fəaliyyət göstərən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş quşçuluq müəssisələrində il ərzində 13728 sentner quş əti və 10 444000 ədəd yumurta istehsal olunmuşdur.
Akvakultura sahəsində rayonda mövcud iki müəssisəni qeyd etmək olar. Bunlardan “Zirvə-A” MMC 67.0 ha sahədə (45 ha təbii sututar-göl altında, 22 ha quru sahə), “Abşeron-Ulduz” kəndli fermer təsərrüfatı isə 90 hektar sahədə (53 ha balıq vətəgələri altında, 37 ha quru sahə) fəaliyyət göstərir.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2024-cü il tarixli Fərmanı ilə ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsi, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılmaqla bu sahədə də ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addım atılmışdır.
Görüşdə kənd təsərrüfatı məhsullarını istehsal edən sahibkarlardan onları narahat edən məsələlərlə bağlı həm icra hakimiyyətinə, həm də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etmələri xahiş olunub.
“Xəmsə-M” MMC-nin təsisçisi və direktoru Mürvət Həsənli çıxış edərək ölkəmizdə kənd təsərrüfatı sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən qanunvericilikdən və onların əhəmiyyətindən danışıb. Hazırda respublika ərazisində kənd təsərrüfatının şaxələndirilməsi və məhsuldarlığın daha da artırılması istiqamətində Azərbaycan dövləti tərəfindən bütün lazimi imkanların yaradıldığını və bu sahədə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin göstərildiyini qeyd edib.
Görüşdə sahibkarlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ilə bağlı müsbət fikirlərini bildirib, razılıqlarını ifadə edib və bu proqramdan irəli gələn məsələlərin icrası ilə əlaqədar icra hakimiyyəti və 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzi ilə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. ![]()
-
16.03.2026Prezident 2 Fərman İMZALADI -
2.06.2026Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib -
3.06.2026"Yeni universitet, ölkəmizin modern təhsil xəritəsində tamamilə yeni bir intibahın təməlini qoyur" - AÇIQLAMA -
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
6.05.2026Abşeronda şəhidlər anılıb, ailə üzvlərinə baş çəkilib
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
-
23.06.2026Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
-
23.06.2026“Azeri Light” 80 dollara satılır
