Abşeronda şəhidlər anılıb, ailə üzvlərinə baş çəkilib
Pressline.az xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi Abşeron rayonunda da şəhidlik zirvəsinə ucalan qəhramanlarımıza və onların ailə üzvlərinə göstərilən diqqət davam etdirilir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun qələbə qazandığı Vətən Müharibəsində öz canı və qanı bahasına ölkəsini, ərazi bütövlüyünü, vətənini müdafiə edən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə orden və medallarla təltif olunan igidlərimizin anım günləri Abşeron rayonunda qeyd edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Rizvan Nəbiyev və Zaur Şükürov, RİH-nin məsul əməkdaşları, RİH yanında İctimai Şuranın və Abşeron Rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri və qazilərlə birgə şəhidlərimiz – Ruslan İsmayılov, Əmrah Səfərli, Mahmud Məlikov, Asif Ataşov, Azad Yolçuyev, Əsəd Həsənov, Ülvü Hüseynov, Rəşad Mehdiyev, Səxavət Abbasov, Elgün Muradov, Səbuhi Məcidov, Fərid Məmmədov, Azər Salmanov, Anar Cavadzadə, Vüsal Tahirov, Vüqar Heydərov, Rauf İbadovun doğum günlərində məzarlarını ziyarət edib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub.
O cümlədən şəhidlərimiz - Ayaz İmanzadənin, Elyar Vəliyevin, Əli Ələkbərovun, Fariz Həsənovun, Elyar Vəliyevin, Kamran Kazımovun, Ramiq Ağayevin, Fərrux Bayramovun, eləcə də RİH-in əməkdaşı olmuş şəhid Ramil Ağayevin övladının doğum günlərində ailələrə baş çəkilib.
Şəhidlərimizin anım günlərində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, siyasi iradəsi ilə ölkəmizin misilsiz uğurlar qazandığı qeyd olunub. Bildidirilib ki, Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri, o cümlədən soydaşlarımızın öz yurdlarına geri dönməsi Qarabağa həyatı yenidən qaytarıb. Vurğulanıb ki, respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələrlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər anında bunu hiss etdiklərini qeyd edərək bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.
-
16.03.2026Prezident 2 Fərman İMZALADI -
11.04.2026Yasamal Rayon İcra Hakimiyyətində başçı sakinləri qəbul edib -
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
8.04.2026Horovluda Ağsaqqallar seçkisi: formal proses, ciddi suallar və artan narazılıq -
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə
