Horovluda Ağsaqqallar seçkisi: formal proses, ciddi suallar və artan narazılıq
2026-cı il aprelin 7-də Cəbrayıl rayonunun Horovlu kəndində keçirilən Ağsaqqallar Şurasının formalaşdırılması ilə bağlı tədbir, ilk baxışda təşkilati xarakterli bir yığıncaq kimi təqdim olunsa da, prosesin gedişi və səsləndirilən fikirlər onu daha geniş ictimai müzakirə predmetinə çevirmişdir.
Pressline.az xəbər verir ki, tədbirin ümumi gedişi göstərdi ki, namizədliyin irəli sürülməsi və seçim mexanizmi formal çərçivədən kənara çıxmamışdır. Belə ki, sədr vəzifəsi üçün yalnız bir nəfərin namizədliyinin təqdim olunması və səsvermə zamanı iştirakçıların ayağa qalxaraq eyni şəxsin adını təkrarlaması, prosesin əvvəlcədən müəyyənləşdirilmiş ssenari əsasında təşkil edildiyi qənaətini gücləndirir. Bu hal seçkinin rəqabət mühitindən uzaq keçirildiyini açıq şəkildə ortaya qoyur.
Bununla yanaşı, seçkidən dərhal sonra həmin şəxsin əvvəlcədən müəyyən etdiyi şəxsləri idarə heyətinə üzv kimi təqdim etməsi və onların da faktiki olaraq təsdiqlənməsi, idarəetmə strukturunun formalaşdırılmasının əvvəlcədən planlaşdırıldığını deməyə əsas verir. Bu isə şəffaflıq prinsipinin pozulması ilə bağlı narahatlıqları daha da artırır. Tədbirin iştirakçı tərkibi ilə bağlı müşahidələr də diqqət çəkmişdir. Belə ki, iştirak edənlərin bir hissəsinin tədbirin mahiyyəti və keçirilmə prinsipləri barədə yetərli məlumata malik olmadığı görünmüş, digər hissəsinin isə əvvəlcədən hazırlanmış və müəyyən istiqamətdə yönləndirilmiş şəxslər olduğu təəssüratı yaranmışdır. Bu vəziyyət tədbirin ümumi obyektivliyinə və ictimai legitimliyinə kölgə salan amillərdən biri kimi qiymətləndirilə bilər.
Tədbirdə kənd sakini, “DogruXeber.tv” informasiya portalının direktoru Kamal Əsgərov da iştirak etmiş və çıxışı zamanı bir sıra mühüm məqamlara toxunmuşdur. O, çıxışında keçirilən prosesin geniş ictimai maraq doğurduğunu vurğulamış, prosesin qeyri-şəffaf keçirildiyini açıq şəkildə qeyd etmiş, bu kimi tədbirlərin qapalı formada deyil, ictimai nəzarətdə açıq və şəffaf prinsiplər əsasında həyata keçirilməsinin vacibliyini bildirmişdir.
O, çıxışında xatırlatmışdır ki, əvvəlki dövrlərdə fəaliyyət göstərmiş bəzi şəxslərin davranışları cəmiyyət üçün mənfi nümunə olmuşdur. Xüsusilə qeyd etmişdir ki, Qarabağ müharibəsində sağlamlığını itirmiş bir qazinin sosial problemlərini gündəmə gətirdiyi üçün Cəbrayıl rayon icra başçısı Kamal Həsənovu tənqid etdikdən sonra, o dövrdə rayon üzrə Ağsaqqallar Şurasında təmsil olunan mərhum Fuad Şəhriyar oğlu tərəfindən qazinin deyil, məmurun müdafiə olunması cəmiyyət tərəfindən birmənalı qarşılanmamışdır.
Kamal Əsgərov bu kimi halların yolverilməz olduğunu vurğulayaraq bildirmişdir ki, bu gün keçirilən seçkilər də daxil olmaqla gələcəkdə seçilən şəxslər əvvəlki səhvlərdən nəticə çıxarmalıdır. Əks halda, belə halların təkrarlanacağı təqdirdə, o, bu məsələlərə qarşı açıq mövqe nümayiş etdirəcəyini və həmin neqativ halları ictimaiyyətin diqqətinə çatdıracağını ifadə etmişdir.
O, həmçinin kənddə mövcud problemlərin həlli ilə bağlı mühüm məqamlara toxunaraq qeyd etmişdir ki, bu kimi məsələlərin həllində kənd sakinlərindən maddi dəstək tələb olunması doğru yanaşma deyil. Əksinə, imkanlı iş adamlarının bu proseslərə cəlb edilməsi və sosial problemlərin daha sistemli şəkildə aradan qaldırılması vacibdir. Çıxış zamanı Cəbrayıl rayonunu Milli Məclisdə təmsil edən deputat Ceyhun Məmmədovun fəaliyyəti ilə bağlı da fikirlər səsləndirilmişdir. Bildirilmişdir ki, deputatın uzun müddətdir kənd sakinləri ilə birbaşa görüşlər keçirməməsi, onların sosial vəziyyəti ilə yaxından maraqlanmaması müəyyən narazılıqlara səbəb olmuşdur.
Eyni zamanda, Cəbrayıl rayon Ağsaqqallar Şurasının sədri, hörmətli ehtiyatda olan polis polkovniki Vaqif Məhərrəmov cənablarına müraciət edərək qeyd etmişdir ki, belə hallarda deputatların seçicilərlə daha sıx təmasda olması üçün öz imkanlarından istifadə etmələri məqsədəuyğun olardı. Horovlu kəndində keçirilən bu tədbir, müşahidə olunan proseslər və səsləndirilən fikirlər fonunda, yerli ictimai münasibətlərdə mövcud problemləri və narazılıqları açıq şəkildə üzə çıxaran bir hadisə kimi qiymətləndirilə bilər. Lakin prosesin gedişində müşahidə olunan məqamlar onu göstərir ki, şəffaflıq, iştirakçılıq və real seçim imkanları təmin olunmadıqda, belə təşəbbüslər cəmiyyətin gözləntilərini doğrultmur.
Əksinə, qeyri-şəffaf və formal xarakter daşıyan tədbirlər ictimai etimadı zəiflətməklə yanaşı, gələcəkdə bu kimi institutlara olan inamın azalmasına səbəb ola bilər. Bu baxımdan, şəffaf keçirilməyən tədbirlərin cəmiyyətə müsbət təsir göstərməsi mümkün deyil.
-
5-04-2026, 00:03Horovlu yenidən doğulur: Quruculuq və rifahın yeni ünvanı -
18-03-2026, 11:28Bu şəxslər ömürlük pensiya alacaq -
17-03-2026, 13:24Süni intellektlə qanunsuz şəkillər hazırlayanlar 5 ilədək həbs ediləcək -
16-03-2026, 17:40Prezident 2 Fərman İMZALADI -
21-03-2026, 09:1521 Martın beynəlxalq əhəmiyyəti: Bu tarix niyə bu qədər vacibdir
Xəbər lenti
-
Сегодня, 16:30Kosmosun kəşfi: insanlığın yeni sərhədləri
-
Сегодня, 16:15Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov
-
Сегодня, 16:00Süni intellektin gələcəyimizə təsiri: imkanlar və risklər
-
Сегодня, 15:45Azərbaycanda HADİSƏ- Körpü UÇDU
-
Сегодня, 15:30"Qaranlıq Enerji": Kainatın 95%-i yoxdur?
-
Сегодня, 15:15Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb
-
Сегодня, 15:00"Səkkizayaqlı İlbizlər": Okeanların yadplanetliləri?
-
Сегодня, 14:45"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film
-
Сегодня, 14:30"Qeyri-adi Metal": Qalliumun sirri
-
Сегодня, 14:15Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ
-
Сегодня, 14:00"Plasebo"nun Əksi: Nosibo Effekti
-
Сегодня, 13:45ADNA-da törədilən terror aktından 17 il ötür
-
Сегодня, 13:30"Marsın Mavi Qürubu": Qırmızı planetin rəngləri
-
Сегодня, 13:15Bakıda bu mağazanın fəaliyyəti DAYANDI
-
Сегодня, 13:00"Səsli Qoxular": Sinesteziya möcüzəsi
-
Сегодня, 12:45"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
-
Сегодня, 12:30"Oklo": Təbiətin öz nüvə reaktoru
-
Сегодня, 12:15İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər
-
Сегодня, 12:00"Gənc Qan" Terapiyası: Ölümsüzlük axtarışı
-
Сегодня, 11:45Delimitasiya komissiyalarının növbəti iclası Azərbaycanda keçiriləcək
-
Сегодня, 11:30"Yaşıl Qan": Dərisi yaşıl olan kərtənkələlər
-
Сегодня, 11:15Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü
-
Сегодня, 11:00"Karfagen Sülhü": Qədim dünyanın ən amansız qisası
-
Сегодня, 10:45"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər
-
Сегодня, 10:30"Platin Beyin": Altsheymerə qarşı yeni ümid
-
Сегодня, 10:15Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb
-
Сегодня, 10:00"Dəniz Altındakı Meşə": 10 min illik tapıntı
-
Сегодня, 09:45SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb
-
Сегодня, 09:30"Şəhər İllüziyası": Göydələnlər niyə "əriyir"?
-
Сегодня, 09:15Trampla Putin telefonla danışdı
