Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib
Pressline.az: Abşeron rayonunda şəhidlərimizin bizə əmanət qalan övladları üçün “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar bayram şənliyi keçirilib. Dövlət Turizm Agentliyinin və Abşeron RİH-nin birgə təşkilatçılığı ilə Qobustan Palçıq Vulkanları Turizm Kompleksində baş tutan tədbirdə Agentliyin sədri Fuad Nağıyev, RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri və onların övladları iştirak ediblər. Əvvəlcə şəhid övladlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər çiçəklər düzərək xatirəsi ehtiramla yad edilib.
Sonra Palçıq Vulkanları Turizm Kompleksindəki muzeylə tanışlıq gəzintisi olub, ərazidəki palçıq vulkanlarına baxış keçirilib. O cümlədən uşaqlar üçün rəssamlıq, heykəltaraşlıq və dulusçuluq üzrə master-klaslar təşkil edilib.
RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə onun təşəbbüsü ilə çoxsaylı tədbirlər görülmüş, layihələr həyata keçirilmişdir.
RİH başçısı bildirib ki, ölkəmizdə uşaqların sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə müxtəlif və genişmiqyaslı proqramlar həyata keçirilməkdədir.
Daha sonra RİH başçısı şəhid Fərid Seyfullayevin övladı Səmanın doğum günü münasibəti ilə təbrik edib.
Tədbirin sonunda “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə şəhid övladları üçün bayram şənliyi keçirilib.
Qeyd edək ki, bu gün Abşeron RİH yanında İctimai Şura tərəfindən rayonun Şəfəq qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə də “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar bayram tədbiri keçirilib. Bayram şənliyində şəhid ailələri, şəhid və qazi övladları, o cümlədən məktəbin kollektivi iştirak edib.
Tədbirdə YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev və Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik edib, ölkəmizdə uşaqlara yaradılan şəraitdən, onların azad və təhlükəsiz yaşamaları, təhsil almaları, inkişaf etmələri və mütəxəssis kimi formalaşmaları istiqamətində həyata keçirilən dövlət layihələrindən danışıblar.![]()
-
6.05.2026Abşeronda şəhidlər anılıb, ailə üzvlərinə baş çəkilib -
9.05.2026Hərbi Prokurorluq Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirdi -
12.05.2026Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri təşkil edilib -
9.05.2026Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib -
9.05.2026Prezident və xanımı Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə
