Azərbaycana döyüşə gəldi, vətəndaş oldu
Bəzən tarix elə insan taleləri yaradır ki, onlar bir roman qədər maraqlı, bir ömür qədər mənalı olur. Bu talelərin qəhrəmanları isə milliyyətindən, dilindən, mənsub olduğu ölkədən asılı olmayaraq insanlıq, mərdlik və sədaqət kimi ali dəyərlərin daşıyıcısına çevrilirlər.
Bu gün sizə təqdim etdiyimiz insan da belə talelərdən birinin sahibidir.Onun adı Nəsrətullahdır.Nəsrətullah Nəcəfi. Otuz ildən artıqdır ki, Azərbaycanda yaşayır. Bu torpağın çörəyini yeyir, suyunu içir, sevincinə sevinir, dərdinə yanır. Amma onun Azərbaycana gəlişi adi bir həyat yolunun başlanğıcı olmayıb. O, bu ölkəyə iş axtarmağa, qazanc dalınca gəlməyib. Nəsrətullah 1992-ci ildə ölkəmizin ən ağır günlərində Qarabağ uğrunda döyüşmək üçün könüllü olaraq Əfqanıstandan Azərbaycana gəlib.
Müharibənin alovlandığı, kəndlərin yandığı, şəhərlərin atəş altında qaldığı günlər idi. Ermənilər Rusiyanın köməyi ilə böyük təcavüzkarlıq siyasəti aparır, torpaqları, kəndləri zəbt edir, yandırır, insanları öz doğma ev-eşiyindən, tarixi ata- baba yurdundan didərgin salır, qaçqın həyatı yaşamağa məhkum edirdilər. Yenicə müstəqillik qazanmış Azərbaycan öz varlığı uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda gərgin mübarizə aparır, erməni- rus işğalçılarına qarşı qəhrəmanlıqla döyüşürdü.. Məhz belə bir vaxtda Nəsrətullah dostları Həsən, Əkbər, Əşrəf, ustad Muxem ( karate ustası) və digər yoldaşları ilə birlikdə Azərbaycana üz tutdu. Onları bura gətirən nə sərvət arzusu idi, nə də şöhrət. Onları gətirən ədalət hissi, qardaşlıq duyğusu və haqqın yanında dayanmaq istəyi idi.
Nəsrətullah müxtəlif döyüş bölgələrində vuruşdu. Ağdam istiqamətində, ön xətt mövqelərində, ən təhlükəli nöqtələrdə Azərbaycan döyüşçüləri ilə çiyin-çiyinə dayandılar. Həmin günlərdən danışarkən Nəsrətullah bu torpağın müdafiəçilərini öz silahdaşları, öz qardaşları adlandırırdı.Bir dəfə bölmə komandiri İsak onu yanına çağırıb demişdi: “ Sən döyüşəndə bir az ehtiyatlı ol. Özünü qorumağa çalış, vuruşanda gözünə heç nə görünmür”. Onda Nəsrətullah ötkəm halda demişdi: “ Yoldaş komandir, biz Əfqanıstandan bura ölümdən qorunmaq üçün yox, döyüşmək üçün gəlmişik. Ölüm haqdır, vaxtı gələndə hamımız gedəcəyik. Amma haqq- ədalət uğrunda, torpaq uğrunda vuruşub ölmək daha şərəflidir”
Nəsrətullah Nəcəfinin döyüş yolu ən çox Füzuli rayonu ilə bağlıdır. Füzuli torpağı Nəsrətullahın yaddaşında həm müharibənin ağrılarını, həm də həyatının ən gözəl xatirələrini yaşadır. O, bir müddət Əhmədbəyli kəndində olub. Burada yerli sakinlərlə yaxından ünsiyyət qurub, onların qonaqpərvərliyini, mərdliyini görüb. Məhz burada onun taleyini dəyişən hadisə baş verib. Bir gün Kurqan kəndindən Əhmədbəyliyə - bacısıgilə qonaq gəlmiş Qətibəni görür. O, dərin bir məhəbbətlə Qətibəyə vurulur. Sərhəd bilməyən məhəbbət sonsuz bir sevgiyə çevrilib Nəsrətullahın bütün varlığını bürüyür. Sanki dünyaya onun gözləri ilə baxır. Müharibənin ağır günləri, mərmi səsləri, təhlükəli şərait belə dərin bir sevgiyə mane ola bilmir. İki gənc bir-birinə möhkəm bağlanır.
Beləliklə, Nəsrətullahın taleyi Azərbaycanla birdəfəlik birləşir. O, bundan sonra Azərbaycana öz doğma vətəni, öz doğma torpağı kimi baxır. Qətibəni sevdiyi kimi Azərbaycana da dərin ülfət bağlayır. O, indi daha ürəklə döyüşür, əsl cəsarət və qəhrəmanlıq nümunəsi göstərirdi.
Qarabağın strateji yüksəklikləri uğrunda gedən döyüşlərdə, o cümlədən Qaracuğ istiqamətində baş verən şiddətli qarşıdurmalarda, ölüm- dirim mübarizəsində Nəsrətullah xüsusilə fəallıq göstərir. Hər iki tərəfin ciddi itkilər verdiyi həmin döyüşlərdə o, sağ qolundan yaralanır və onu ağır vəziyyətdə hospitala çatdırılar.
Həkimlər onun uzun müddət müalicə almalı olduğunu bildirirlər. Hətta döyüş bölgəsinə qayıtmasının təhlükəli olduğunu, hərbi xidmət üçün yararsız sayıldığını bildirirlər.Lakin Nəsrətullahın cavabı qısa və qəti olur:
-Mən Azərbaycana istirahət etməyə yox, döyüşməyə gəlmişəm. Düşmənləri məhv etmək və gəldikləri yerə qədər qovmaq bizim müqddəs borcumuzdur. Məni Azərbaycana bağlayan qüvvə hər şeyə qadirdir.
Bu sözlər sadəcə bir cümlə deyil, Nəsrətullah Nəcəfinin xarakterinin, əqidəsinin və Azərbaycana olan sonsuz sevgisinin aydın ifadəsi idi.
Müalicəsini başa vurduqdan sonra Nəsrətullah yenidən cəbhəyə, ən qaynar nöqtəyə qayıdır və silahdaşlarının yanında yer alır. Dostları onu sağ-salamat görüb çox sevinirlər. Ustad Muxem Nərətullahı qucaqlayıb deyir:
-Biz səni vətənimiz qədər çox sevirik. Səni görəndə elə bildik ki, Əfqanıstandayıq.
-Bəs Azərbaycan? – deyə Nəsrətullah təəccüblə dostuna baxdı. - Bəs Azərbaycan haradır?
Usta Muxem əvvəlcə dostunun sözlərini başa düşmədi. Sonra onu qucaqlayıb gülə- gülə dedi:
-Bağışla, dostum, belə görürəm, deyəsən biz də tezliklə sənin yolunu gedəcəyik. Bax, onda birinci Azərbaycanın adını çəkmək bizim borcumuz olacaq.
Hamı gülüşdü. Əşrəf doyüş dostlarının arasından irəli çıxıb əlini dostunun çiyninə qoydu. Hamının eşidə biləcəyi bir səslə hündürdən dedi:
-Azərbaycanda yaxşı bir məsəl var, biri- birindən soruşanda ki, “ Haralısan?”, deyir “ Hələ evlənməmişəm”. Fikirləşəndə bu, həqiqətən də belədir. Mən Nəsrətullahı çox gözəl başa düşürəm. Sevgi böyük qüvvədir. Onun milliyəti, dini, sərhəddi yoxdur.
Nəsrətullah sağ əlində avtomat hər iki dostunu qucaqladı:
-Bilirsiniz, dostlar, - dedi. – Sevginin bu qədər fövqəlgücə malik olduğunu bilmirdim. Adam ürəkdən vurulanda, necə deyərlər, dünya gözündə dəyişir, mənalaşır. Sizə də belə təmiz, pak, ilahi bir sevgi arzulayıram...
Nəsrətullah sözün həqiqi mənasında peşəkar döyüşçülər kimi vuruşurdu. Hətta onun bu cəsarəti düşmənləri də heyrətləndirirdi. Xaricdən gətirilmiş “ Belıy lifçik” adlanan snayperçi qızlar da Nəsrətullahın güllədən necə yayındığına,cəsarətinə, bacarığına və peşəkarlığına təəccüblənirdilər. Bir dəfə qrup komandiri İsak maraqla ondan soruşmuşdu:
- Yəni sən doğrudan ölümdən qorxmursan?
Onda Nəsrətullah gülə- gülə cavab vermişdi:
- Sizdə yaxşı bir məsəl var: “ Qorxan gözə çöp düşər”.- Sonra da əlavə etmişdi.- Bilirsiniz necədir, yaxşı olar ki, siz bu sualı mənim yaşımda olan Ermənistandan gəlib Qarabağ torpaqlarında vuruşan döyüşçülərindən soruşun. Onlar daha düzünü deyərlər...
Nəsrətullah iki il Qarabağda döyüşəndən sonra, yəni 1994 – cü ilin mayında atəşkəsin tam təmin edilməsi və hərbi əməliyyatların dayandırılması barədə saziş elan olundu. Artıq o qanlı- qadalı illərdən uzum müddət keçib, müharibənin qara tüstüsü çəkilib, həyat öz axarına dönüb. Nəsrətullah isə Azərbaycanı tərk etməyib. Qətibə Yunis qızı ilə ailə həyatı qurub burada yaşayır və işləyir. Bu gün onun iki övladı var: bir oğlu və bir qızı. Oğlu Məhəmməd evlidir, qızı Nazilə xanım isə nişanlıdır. Nəsrətullah indi Azərbaycan vətəndaşıdır. Artıq o, yalnız Azərbaycanda yaşayan bir əfqan deyil. O, Azərbaycan ailəsinin başçısı, Azərbaycan övladlarının atası, Azərbaycan nəvələrinin babasıdır.
Bəlkə də Nəsrətullahın həyat hekayəsinin ən təsirli tərəfi elə budur. O, Azərbaycana döyüşçü kimi gəldi, amma burada özünə Vətən tapdı. Bu torpağın ağrısını da, sevincini də öz taleyinin ayrılmaz hissəsinə çevirdi.
Belə insanlar xalqlar arasında görünməz körpülər yaradırlar. Onlar sübut edirlər ki, qardaşlıq qanla deyil, ürəklə ölçülür. Vətən sevgisi isə bəzən insanın doğulduğu torpaqlardan daha uzaqlarda yaranır. Məhz bu müqəddəs sevgidir ki, onun yaratdığı insani və mənəvi dəyərlər sayəsində Nəsrətullah işlədiyi şirkətdə insanların hörmətini qazanmış, öz halal zəhməti, bacarığı, fədakarlığı və əməksevərliyi ilə onların qəlbində xoş duyğular oyatmışdır.Valeh, Elnur, İntiqam və adlarını bilmədiyim digər əməkdaşlar mənən zəngin, dostluğu qiymətləndirməyi, münasibət qurmağı bacaran gözəl insanlardır. Həyat elə gətirdi ki, Nəsrətullah Nəcəfini və bu gözəl insanları tanımaq və onlarla yaxından tanış olmaq qismətimə düşdü.. Bu tanışlıqdan məmnun oldum. Çox qəribədir ki, nə qədər işə tez getsəm və nə qədər işdən gec çıxsam da onları hər zaman iş başında görürdüm. Məni ən çox duyğuilandıran və böyük məmnunluq hissləri yaradan isə Sinan bəy kimi yüksək dəyərlər və mədəniyyat sahibi olan bir insanın onlara rəhbərlik etməsidir. Hamısına möhkəm cansağlığı və möhtəşəm uğurlar arzulayıram.
Nəsrətullahın ömür yolu məhz belə bir həyatın, belə bir sədaqətin və belə bir insanlıq nümunəsinin təcəssümüdür.
Nizami TƏHMƏZOV.
-
8.06.2026GÜNÜN TƏSİRİ -
8.05.2026Bir dosentin qərəz macərası: BDU-dan xaricə uzanan yollar -
11.05.2026Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub? -
10.06.2026Avtobus gecikirsə, sərnişin təzminat ala bilər? -
6.06.2026Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə
