Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin ən mühüm siyasi sənədlərindən biri olan Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötür.
Pressline.az xəbər verir ki, 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan bu sənəd təkcə iki dövlətin siyasi iradəsinin ifadəsi deyil, həm də regionda sülhün, təhlükəsizliyin və uzunmüddətli əməkdaşlığın təmin edilməsinə xidmət edən mühüm strateji yol xəritəsidir.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” siyasi dialoqdan müdafiə və təhlükəsizliyə, iqtisadiyyatdan enerji və nəqliyyat sahəsinə, humanitar əməkdaşlıqdan informasiya siyasətinə qədər geniş istiqamətləri əhatə edir. Burada əsas məqsəd ayrı-ayrı sahələr üzrə əməkdaşlığın inkişafı deyil, iki dövlətin strateji maraqlarının vahid baxış əsasında uzlaşdırılmasıdır.
Bəyannamənin mühüm cəhətlərindən biri təhlükəsizlik sahəsində əməkdaşlığın yeni səviyyədə təsbit olunmasıdır. Bununla yanaşı, sənəd iqtisadi və geoiqtisadi baxımdan da böyük əhəmiyyət daşıyır. Son onilliklərdə Bakı ilə Ankara arasında həyata keçirilən enerji və nəqliyyat layihələri təkcə regionun deyil, daha geniş coğrafiyanın inkişafına təsir göstərib. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığın yeni mərhələsinin siyasi təməlini formalaşdırıb.
Bəyannamədə təhsil, elm, mədəniyyət, gənclər siyasəti, media və diaspor fəaliyyəti sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müddəalara da yer verilib.
Şuşa Bəyannaməsinin imzalanmasından ötən müddətdə sənədin müddəaları real nəticələrlə öz təsdiqini tapıb. Müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsi, birgə hərbi təlimlərin intensivləşməsi, enerji və nəqliyyat layihələrinin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət və qarşılıqlı siyasi dəstək bu sənədin praktik əhəmiyyətini nümayiş etdirir.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərin hüquqi bazasını möhkəmləndirən sənəd olmaqla yanaşı, regionda formalaşan yeni əməkdaşlıq mühitinin, sabitlik və inkişaf strategiyasının mühüm sütunlarından biridir.
-
11.06.2026Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
27.04.2026Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub -
18.05.2026Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın tərəfdarıdır
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə
