4.04.2026

ABŞ ordusunda gözlənilməz dəyişiklik: yüksək vəzifəyə yeni təyinat

Pressline.az xəbər verir ki, ABŞ Müdafiə naziri Pete Hegseth-in qərarı ilə orduda mühüm vəzifə dəyişikliyi baş verib.


Məlumata görə, 2023-cü ildən bu vəzifəni icra edən Randy George postundan uzaqlaşdırılıb. Onun yerinə isə əvvəllər qərargah rəisinin müavini olan LaNeve təyin edilib.


Qeyd edək ki, bu vəzifə ABŞ ordusunda ən yüksək postlardan biri hesab olunur və adətən 4 illik müddət üçün tutulur.


Pentaqonun sözçüsü Sean Parnell bildirib ki, LaNeve “uzun illərin əməliyyat təcrübəsinə malik, döyüş sınağından çıxmış liderdir və nazir Hegseth tərəfindən tam etimad göstərilən şəxsdir”.


Bu dəyişiklik ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarının davam etdiyi bir dövrə təsadüf edir. Eyni zamanda, Hegseth orduda genişmiqyaslı islahatlar həyata keçirir.


Son məlumatlara görə, müdafiə naziri son bir il ərzində ondan çox yüksək rütbəli hərbi rəhbəri vəzifəsindən uzaqlaşdırıb və bu proses nəticəsində LaNeve kimi şəxslər daha yüksək mövqelərə yüksəlib.

Xəbər lenti