6.04.2026

Artemis II heyəti Ayın görünməyən tərəfini ilk dəfə gördüklərini açıqlayıb


NASA-nın Artemis II missiyasının heyəti Ayın görünməyən tərəfini ilk dəfə gördüklərini açıqlayıb.

Pressline.az xəbər verir ki, NASA astronavtları Rid Vayzman, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyinin nümayəndəsi Ceremi Hansen Orion kosmik gəmisində missiyanın üçüncü gününü keçirərək Ayın arxa tərəfi ətrafında uçuşlarını davam etdirirlər.

Astronavt Kristina Kox bildirib ki, gördükləri mənzərə onların adətən gördükləri Ay görüntüsündən tamamilə fərqlidir.

Heyət Ayın Orientale hövzəsinin fotosunu paylaşaraq qeyd edib ki, bu ərazi ilk dəfə insan gözü ilə tam şəkildə müşahidə olunub.

NASA-nın məlumatına görə, şənbə günü saat 23:00-a olan vəziyyətə əsasən Artemis II kosmik gəmisi Yerdən 180 min mildən (təxminən 289 min kilometr) çox məsafədə yerləşib.

Xəbər lenti