Azərbaycanda bu halda valideynlər daha tez pensiyaya çıxa bilər
Martın 13-də parlamentdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzənin müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirdi ki, son bir neçə ildə Azərbaycanın artım tempində azalma müşahidə olunur.
Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub. Vitse-spiker demoqrafik məsələlərə diqqətin artırılmasının vacibliyini qeyd edib.
Bəs görəsən, demoqrafik göstəricilərin yaxşılaşması üçün hansı addımların atılmasına ehtiyac var?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov açıqlamasında bildirib ki, təbii artımın dəstəklənməsi ilə bağlı bir sıra təkliflər verib.
Deputat qeyd edib ki, təkliflərdən biri çoxuşaqlı ailə anlayışına baxılması və bunun mərhələli şəkildə 5-dən 3-ə endirilməsidir: "Burada mühüm məqamlardan biri ondan ibarətdir ki, "Əmək pensiyaları haqqında" qanunda 5 və daha çox uşağı olan ailələr çoxuşaqlı hesab olunur. "Sosial müavinətlər haqqında" qanunda isə 5-dən çox uşağı olan ailələr çoxuşaqlı hesab edilir. Beş uşağı olan ailələrdə analar və atalar bir sıra hallarda daha tez pensiyaya çıxırlar. Amma həmin ailələr müavinət ala bilmirlər. Müavinətlərin verilməsi zamanı 5-dən çox ifadəsi qeyd olunduğu üçün bu, 6 və daha çox uşaqlı ailələrə şamil olunur.
Bizim təklif ondan ibarətdir ki, çoxuşaqlı ailə anlayışına baxılsın və 3-ə endirilsin. Bu halda 3 və daha çox uşağı olan ailələr həm dövlət büdcəsindən aylıq müavinət ala biləcəklər, həm də bu imkan verəcək ki, həmin ailələrdə valideynlər uşaqların sayına uyğun olaraq daha tez pensiyaya çıxmaq hüququ əldə etsinlər. Düşünürəm ki, çoxuşaqlı ailə anlayışına baxılması və bu istiqamətdə dəyişikliklər təbii artıma təsir göstərə bilər. Hazırda 5 və daha çox uşağı olan ailələrin sayı çox deyil. Amma bu 3 və daha çox uşağı olan ailələrə şamil olunsa, mərhələli şəkildə 3 uşaqlı ailələrin sayının çox olmasını və təbii artımın daha yaxından dəstəklənməsini müşahidə edə bilərik".
Xəbər lenti
-
26.06.2026Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI
-
26.06.2026Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir
-
26.06.2026İran Sinqapur yük gəmisinə hücum etdi
-
26.06.2026Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
