7.04.2026

Passiv oturaq fəaliyyətlər demensiya riskini artırır

 

Uzun müddət oturmağın sağlamlığa təsiri ilə yanaşı, bu zaman hansı fəaliyyətin görüldüyü də böyük əhəmiyyət daşıyır.


Pressline.az xəbər verir ki, yeni araşdırmaya görə, televiziya izləmək kimi “zehni passiv” fəaliyyətlər demensiya riskini artırır, krossvord kimi daha aktiv zehni məşğuliyyətlər isə beyin sağlamlığını qorumağa kömək edə bilər.


Tədqiqat göstərir ki, beyin sağlamlığı və yaşlanma prosesi yalnız fiziki aktivliklə deyil, həm də zehni fəaliyyətlə sıx bağlıdır. Ekspertlər bildirirlər ki, insanın gündəlik həyatında zehni məşğuliyyətlərə yer verməsi demensiya riskini azaltmaq üçün vacibdir.


CNN-in sağlamlıq eksperti, təcili yardım həkimi və Corc Vaşinqton Universitetinin klinik professoru Dr. Leana Wen qeyd edib ki, bu nəticələr insanların həm fiziki, həm də zehni aktivliyə diqqət yetirməsinin vacibliyini bir daha təsdiqləyir.

Xəbər lenti