15.04.2026
Onlar 240 ildir görünmürdü: İngiltərə səmasında nəhəng yırtıcılar müşahidə olundu
İngiltərədə Böyük Britaniyanın ən iri yırtıcı quşlarından biri olan ağquyruq dəniz qartallarının (biğloxvosti orlanlar) yenidən göründüyü bildirilir. Bu quşlar XVIII əsrin sonlarından etibarən həmin ərazilərdən tamamilə yox olmuşdu.
Pressline.az xəbər verir ki, bu barədə "The Argus" qəzetinə yazır.
İki böyük siluet Qərbi Sasseksdəki Ardinqli su anbarı üzərində müşahidə olunub. Bundan cəmi iki gün əvvəl isə başqa bir dəniz qartalı Eşdaun meşəsində fotoqraflanıb. Bir həftə ərzində iki fərqli yerdə qeydə alınan bu müşahidələr təsadüfi səfərdən daha çoxunu göstərə bilər.
Ağquyruq dəniz qartalları əvvəllər bütün ölkə ərazisində yayılmışdı, lakin insan təqibi nəticəsində tamamilə məhv edilmişdi. Cənubi İngiltərədə son yuva quran cütlük 1780-ci ildə Vayt adasında qeydə alınmışdı. Mövcud məlumatlara görə, hazırkı populyasiyanın bərpası 2019-cu ildə "Forestry England” və "Roy Dennis Wildlife Foundation” tərəfindən başladılan reintroduksiya proqramı sayəsində mümkün olub.
Proqram Şotlandiyadan gətirilən balaların təbiətə buraxılmasını nəzərdə tutur. Elmi hesabatlara əsasən, 2025-ci ilə qədər 45 quş sərbəst buraxılıb və onların hamısı GPS izləyicilərlə nəzarətdə saxlanılır.
Alimlərin ilkin planı yalnız bir neçə cütlüyün formalaşması olsa da, quşlar gözləniləndən daha sürətlə uyğunlaşır. 2023-cü ildə Sasseksdə ilk bala dünyaya gəlib və bu, XVIII əsrdən bəri İngiltərədə doğulan ilk ağquyruq dəniz qartalı hesab olunur. 2025-ci ildə isə Sasseks və Dorsedə vəhşi təbiətdə doğulan qartalların sayı altıya çatıb.
Bununla belə, bu ekoloji uğur fermerlər arasında narahatlıq da yaradır. Uzun müddət bu quşların yalnız balıq və leşlə qidalandığı düşünülürdü. Lakin "NatureScot” təşkilatının məlumatına görə, ağquyruq qartalların bəzən quzulara hücum etdiyi və bəzi hallarda onların sağlam olduqları zaman ovlandığı qeydə alınıb.
Şotlandiyada bir fermada altı il ərzində 181 quzunun itkisi qeydə alınıb. Ekoloqlar qartalların nadir hallarda mal-qaraya hücum etdiyini desələr də, fermerlərlə mübahisələr davam edir.
Bundan əlavə, "Roy Dennis Wildlife Foundation” bəzi izlənilən üç qartalın şübhəli şəkildə yoxa çıxdığını bildirir ki, bu da onların qanunsuz şəkildə hədəfə alındığını göstərə bilər.//qaynarinfo
Oxşar xəbərlər
-
24.03.2026Kanadada nəhəng marallar: dünyanın ən böyük populyasiyalarından biri -
18.03.2026Bu şəxslər ömürlük pensiya alacaq -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
25.03.202610 min kilometrlik uçuş edən quşlar: real rekord sahibləri -
17.03.2026Azərbaycanda bu müəllimlərin maaşının artırılması təklif olunur
Xəbər lenti
-
26.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
26.06.2026Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?
-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
-
26.06.2026Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ
-
26.06.2026İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi
-
26.06.2026Almaniya Ekvador millisinə uduzdu
-
26.06.2026Yaponiyada yenidən güclü zəlzələ oldu
-
26.06.2026Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI
-
26.06.2026Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir
-
26.06.2026İran Sinqapur yük gəmisinə hücum etdi
-
26.06.2026Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
