18-04-2026, 11:00

Arktikanın Əriməsi: Gizli virusların oyanma təhlükəsi


Qlobal istiləşmə təkcə dəniz səviyyəsinin qalxması demək deyil.

Min illərdir donmuş vəziyyətdə qalan Arktika buzları (permafrost) əridikcə, orada gizli qalan qədim virus və bakteriyalar yenidən aktivləşə bilər.


Pressline.az xeber verir ki, 2016-cı ildə Sibirdə buzların əriməsi nəticəsində 75 il əvvəl ölmüş bir maraldan yayılan "sibir xorası" (antraks) epidemiyası buna ən yaxşı sübutdur.

Alimlər buzların altında insanların immun sisteminin tanımadığı, milyonlarla il əvvələ aid "nəhəng virusların" olduğunu xəbərdarlıq edirlər.

Bu, bəşəriyyəti gələcəkdə yeni və naməlum pandemiyalarla üz-üzə qoya bilər.

Xəbər lenti