20-04-2026, 12:00

"Bermud Üçbucağı": Əfsanə yoxsa fiziki reallıq?

 


Onlarla gəmi və təyyarənin itkin düşdüyü bu ərazi haqqında bir çox mistik nəzəriyyələr var.

Lakin alimlər bunu daha məntiqli fiziki hadisələrlə izah edirlər: metan qazı püskürmələri və nəhəng qatil dalğalar.


Pressline.az xeber verir ki, okean dibindən qəfil ayrılan nəhəng metan qazı qabarcıqları suyun sıxlığını azaldaraq gəmilərin anında batmasına səbəb ola bilər.

Həmçinin bu bölgədə üç müxtəlif istiqamətdən gələn fırtınaların toqquşması 30 metrlik "anomal dalğalar" yaradır ki, buna heç bir gəmi dözə bilməz.

Xəbər lenti