Azərbaycan bank sektorunun uğurları və riskləri
Ölkəmizdə makroiqtisadi sabitliyin bank sektoruna müsbət təsiri aydın şəkildə müşahidə olunur. Belə ki, beynəlxalq reytinq agentlikləri öz araşdırmalarında Azərbaycan bank sektorunun perspektivini yüksək qiymətləndirir. Bunun arxasında duran əsas faktorlar aşağıdakılardır:
Pressline.az xeber verir ki, Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatları ölkə iqtisadiyyatının əsas təhlükəsizlik yastığıdır. Bu ehtiyatlar bank sistemində likvidlik riskini aşağı salır. Aşağı dövlət borcu amili də bu riskin aşağı olmasının səbəblərindən biridir. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının dövlət borcu ÜDM-in təxminən 20%-i ətrafındadır, bu halda mənzərə daha aydın görünür. Borcun ÜDM-də payı region ölkələri ilə müqayisədə xeyli aşağıdır və ölkəmizin maliyyə sisteminin sabitliyinə müsbət təsir göstərir.
2015-ci il devalvasiyasından sonra Mərkəzi Bank daha konservativ valyuta siyasəti yürüdür və bu, makroiqtisadi sabitliyin qorunmasına, nəticə etibarilə isə bank sektorunda risklərin ciddi şəkildə azalmasına səbəb olur.
Bank sektorunun maliyyə sağlamlığını müəyyən edən əsas göstəricilərdən biri kapital adekvatlığıdır. Hazırda bu göstərici təxminən 20% civarındadır. Basel standartlarında minimum tələb 8–10% olduğu halda, ölkəmizin bank sektorunda bu göstəricinin iki dəfə artıq olması maliyyə təhlükəsizliyinin yüksək səviyyədə olduğunu göstərir. Bu amil bankların potensial iqtisadi şoklara qarşı kifayət qədər qorunduğunu nümayiş etdirir.
Banklarda problemli kreditlərin (NPL) səviyyəsi 2–3% civarında göstərilir. Bu göstərici post-devalvasiya dövründə aparılan təmizləmə siyasətinin nəticəsidir. Problemli kreditlərin sağlamlaşdırılması və kredit portfelinin böyüməsinə baxmayaraq problemli kreditlərin artım dinamikasının azalması bu siyasətin əsas mahiyyətini təşkil edir. Aşağıdakı cədvəldə region ölkələrində problemli kreditlərin faiz göstəricilərini müqayisə edək:
Ölkə
NPL
Azərbaycan Respublikası ~2–3%
Gürcüstan ~3–4%
Qazaxıstan ~6–7%
Rusiya Federasiyası ~7–9%
Göründüyü kimi, ölkəmiz problemli kreditlərin payının aşağı olmasına görə digər ölkələri qabaqlayır və bu hal bank sektorunda son illər aparılan tənzimləmə siyasətinin və müasir standartlara uyğun idarəetmənin müsbət nəticəsi kimi qiymətləndirilə bilər. Məhz bu tədbirlər nəticəsində problemli bankların bağlanması və kreditlərin restrukturizasiyası sektorun sağlamlaşdırılmasına töhfə verib.
Kredit bazarının artım perspektivinə gəldikdə isə, S&P proqnozuna görə 2026–2027-ci illərdə kredit portfelinin 10–12% artacağı gözlənilir. İstehlak kreditlərinin genişlənməsi, əhalinin gəlirləri artdıqca bank kreditlərinə tələbatın yüksəlməsi, ipoteka proqramları və dövlət ipoteka mexanizmlərinin bazarı stimullaşdırması, həmçinin kiçik və orta biznes kreditlərinin genişlənməsi proqnozlaşdırılan artımın əsas səbəbləridir.
İndi isə inkişaf perspektivinin risklərinə diqqət yetirək. Məlumdur ki, Azərbaycanda kredit portfelinin böyük hissəsi istehlak kreditlərindən ibarətdir. Bu isə iqtisadi yavaşlama zamanı ciddi risk yarada bilər. Digər tərəfdən, aktivlərin böyük hissəsinin bir neçə bankda cəmləşməsi də bazarda rəqabəti zəiflədən və inkişafın sürətini məhdudlaşdıran amillərdəndir.
Kreditlərin struktur problemi də mövcuddur. Belə ki, kredit portfelinin böyük hissəsi istehlak, ticarət və xidmət sektorlarına yönəlib. İnkişaf üçün zəruri olan sənaye və istehsal sahələrinə ayrılan kreditlərin payı isə nisbətən azdır. Regionlarda maliyyə əlçatanlığı mövcud olsa da, Bakı və Abşeron yarımadası digər regionları xeyli üstələyir. Bu amil regionlarla paytaxt və paytaxta yaxın ərazilər arasında iqtisadi inkişaf fərqində də özünü göstərir.
Azərbaycan bank sektoruna təsir edə biləcək xarici faktorlar da mövcuddur. Qonşu dövlətlərin iqtisadi vəziyyəti, pul köçürmələri, ticarət əlaqələri, enerji qiymətlərində baş verən dəyişikliklər və regional münaqişələr bu qəbildəndir.
Aparılan təhlili ümumiləşdirsək, ölkəmizin bank sektorunun kapital baxımından güclü, problemli kreditlər payının aşağı, likvidliyin isə yüksək olduğunu deyə bilərik. Bununla yanaşı, bəzi çatışmazlıqlar da mövcuddur. Kredit strukturunun tam balanslı olmaması, bazar konsentrasiyasının yüksəkliyi və real sektora ayrılan kreditlərin kifayət qədər olmaması bu istiqamətdə görüləcək işlərin çox olduğunu göstərir.
Beləliklə, Azərbaycan bank sektoru hazırda stabil və dayanıqlı mərhələdədir. Lakin uzunmüddətli dayanıqlığın təmin edilməsi üçün real sektor kreditlərinin artırılması, regionlarda maliyyə əlçatanlığının genişləndirilməsi və bank sektorunda rəqabətin gücləndirilməsi istiqamətində həlledici addımların atılması vacibdir.
Vüqar ORUC
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri//tribuna.az
-
16.03.2026Prezident 2 Fərman İMZALADI -
14.04.2026“Bank VTB Azərbaycan”ın gəlirləri və mənfəəti azalıb -
9.04.2026Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib -
14.03.2026Azərbaycan və dünya siyasətində son həftənin mənzərəsi -
15.04.2026Prezident İlham Əliyev Kolumbiyanın yeni səfirini qəbul edib - YENİLƏNİB
Xəbər lenti
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə
-
25.06.2026Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü
-
25.06.2026“Brent” ucuzlaşdı
-
25.06.2026Növbəti köç karvanları yola salındı
-
25.06.2026Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
