“Uşaq pulu” ilə bağlı VACİB XƏBƏR - 150 manat...
Azərbaycanda doğum statistikası narahatedici bir istiqamət götürüb. 2011-ci ildə 176 min uşaq dünyaya gəlirdisə, bu rəqəm 2024-cü ildə 102 minə düşüb. 2025-ci ilin proqnozu isə 95 min civarındadır. Bu, müstəqillik illərinin ən aşağı göstəricisidir. Müqayisə üçün qeyd edək ki, 1991-ci ildə 190 min uşaq doğulmuşdu. Yəni otuz ildə doğum sayı demək olar ki, yarıya enib.
Pressline.az xəbər verir ki, iqtisadçı Akif Nəsirli Globalinfo.az-a açıqlamasında bu azalmanın arxasında bir neçə səbəbin olduğunu bildirib.
Gənclər gec ailə qurur, mənzil və kirayə problemi həll olunmayıb, şəhər həyatı çoxuşaqlı ailə modelini getdikcə çətinləşdirir. Üstəlik bu gün uşaq doğan nəsil 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində anadan olanlardır. O dövrdə də doğum aşağı idi, ona görə potensial anaların sayı özü də azdır. Bütün bunlar üst-üstə gəlir və nəticəni ağırlaşdırır.
Bu mənzərəyə bir də dövlət dəstəyinin olmaması əlavə olunur. Azərbaycanda universal uşaqpulu sistemi yoxdur. Sovetdən sonra 2006-cı ildə uşaqpulu ləğv edildi, yerinə yalnız aztəminatlı ailələrə ünvanlı yardım gəldi. Yəni "uşaq doğdun, dövlət hər ay dəstək verir" anlayışı mövcud deyil. Bakıda bir uşağın aylıq xərcləri, bağça, paltar, dərman, qidalanma və s. 300-400 manatdan başlayır. Orta maaşın 1000 manat olduğu mühitdə ikinci, üçüncü uşağa qərar vermək ciddi bir cəsarət tələb edir. Belə şəraitdə ailə öz-özünə hesab edir və "bir uşaqla kifayətlənək" qərarına gəlir.
Dövlət bu problemi həll edə bilərmi? Büdcə baxımından - bəli. Hər yeni doğulan uşağa aylıq 150 manat verilsə, bu, büdcəyə nisbətən əhəmiyyətsiz bir yük olardı.
Ölkədə 0-18 yaş arası təxminən 2.6 milyon uşaq var. Hər birinə aylıq 150 manat versək, bu, ildə 4.68 milyard manat edir. 2025-ci ilin dövlət büdcəsi 48.4 milyard manat olduğundan bu məbləğ büdcənin təxminən 10%-nə bərabərdir.
Amma əgər sistem yalnız yeni doğulanlara və ya məsələn, 3 yaşa qədər uşaqlara tətbiq edilsə, yük xeyli azalar. Hər il təxminən 95 min uşaq doğulur. Onlara 3 yaşa qədər aylıq dövlət tərəfindən 150 manat verilsə, eyni anda sistemdə maksimum 285 min uşaq olar və illik xərc 513 milyon manata düşər - büdcənin 1%-dən bir qədər çox..
Üstəlik bu pul iqtisadiyyatın içində qalır - ailələr onu istehlaka yönəldir, bu da daxili tələbi artırır.
Rusiya, Türkiyə, Qazaxıstan və Macarıstan təcrübəsi göstərir ki, düzgün qurulmuş uşaqpulu və analıq kapitalı mexanizmi doğumu 10-20 faiz artıra bilir. Azərbaycanda da oxşar addım atılsa, 95 min olan doğum sayının 108-110 minə qalxması real görünür.
Əlbəttə, uşaqpulu tək başına demoqrafik problemi həll etmir. Mənzil, bağça çatışmazlığı, qadının iş-güc balansı, tibb xərcləri - bunlar da paralel olaraq müzakirə olunmalıdır. 150 manat uşaqpulu verib, amma kirayə 500 manat olsa, ailə yenə üçüncü uşaqdan imtina edəcək. Lakin uşaqpulunun psixoloji əhəmiyyətini də azaltmaq olmaz. Dövlət "uşağın yanında olacam" mesajı verdikdə ailə özünü daha güvəndə hiss edir. Bu güvən hissi isə qərar vermə prosesini dəyişir.
Hökumətin indiyə kimi "sui-istifadə riski" və "büdcə yükü" arqumentlərini önə çəkməsi başadüşüləndir. Lakin doğum sayı 26 ilin ən aşağı həddindədirsə, bu arqumentlər artıq yetərli cavab ola bilməz. Çünki bu tendensiya davam etsə, 15 ildən sonra məktəblərdə şagird, 20 ildən sonra ordu və iqtisadiyyat üçün işçi qüvvəsi tapmaq ciddi problemə çevriləcək. Demoqrafik böhranın qiyməti, uzun müddətdə, uşaqpulunun qiymətindən xeyli baha oturacaq.
-
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
14.03.2026Bakıda yaşayış niyə bu qədər bahalaşır? -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
16.03.2026Azərbaycanda bu halda valideynlər daha tez pensiyaya çıxa bilər -
14.04.2026“Bank VTB Azərbaycan”ın gəlirləri və mənfəəti azalıb
Xəbər lenti
-
5.05.202625 milyonluq "təmir" - “Xezer-Construction” və “Az.Arxitektura” şirkətlərini kim birləşdirir?- İLGİNC
-
5.05.2026Azərbaycanda müğənni əməliyyatdan sonra öldü
-
5.05.2026Rüfət Səfərov şahidlə üzləşdirildi
-
5.05.2026İranın xarici işlər naziri Çinə səfər edəcək
-
5.05.2026İsrail şirkəti süni intellektlə xərçəng dərmanını 8 saata təkmilləşdirdi
-
5.05.2026İlham Əliyev Martin Çunqonqu qəbul etdi - FOTOLAR
-
5.05.2026“Uşaq pulu” ilə bağlı VACİB XƏBƏR - 150 manat...
-
5.05.2026Kaya Kallas Azərbaycana səfərə gəlib
-
5.05.2026Mirzoyan: Türkiyə ilə sərhədlərin açılması maraqlarımıza xidmət edəcək
-
5.05.2026Neftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanılıb
-
5.05.2026Xaçmazda selin viran qoyduğu evlərin aqibəti necə oldu? - VİDEO
-
5.05.2026İrəvandakı tədbirə etiraz
-
5.05.2026Koşta İlham Əliyevin İrəvan sammitində iştirakını yüksək qiymətləndirdi
-
5.05.2026Avropa böyük dövlətlərdən asılı olmaq istəmir - Makron
-
5.05.2026Rusiya universitetləri Bolonya sistemindən çıxsa da diplomları tanınacaq
-
5.05.2026Avropa Türkiyəyə daha çox ehtiyac duyur - Ərdoğan
-
5.05.2026Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi - FOTO
-
5.05.2026Sabah uşaqların I sinfə qəbulu başlayır
-
5.05.2026Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
-
5.05.2026“Şamaxı”nın evdə məğlub olduğu matç tarixə düşdü
-
5.05.2026İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə - Açıqladı
-
5.05.2026Gizlədilən silahlar üzə çıxarılır
-
5.05.2026Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib
-
5.05.2026“UĞUR 777 estetik mərkəz”dəki qanun pozuntusu ilə bağlı məhkəmə başladı
-
5.05.2026Pensiya alanlara xoş xəbər
-
5.05.2026Azərbaycanda zəlzələ olub
-
5.05.2026Neft kəskin bahalaşdı
-
5.05.2026Gəncədə süpürgəçi qadın faciəli şəkildə öldü
-
5.05.2026ABŞ və Körfəz ölkələri Hörmüz boğazı ilə bağlı BMT qətnaməsi hazırlayır
-
5.05.2026Azərbaycanda ən çox bazar payına malik smartfon markaları - SİYAHI
