Ətin qiyməti ilə bağlı AÇIQLAMA - Bahalaşma...
2026-cı ilin Qurban bayramı yaxınlaşdıqca, ənənəvi olaraq ət bazarlarında hərəkətlilik və qiymət artımı gündəmə gəlir. Hazırda paytaxt Bakıda quzu ətinin kiloqramı 21-22 manat, dana əti isə 18 manat civarında təklif olunsa da, mütəxəssislər bayram ərəfəsində bu rəqəmlərin dəyişəcəyini proqnozlaşdırırlar. Kənd təsərrüfatı ekspertlərinin rəyinə görə, son bir ayda artıq kiloqramda 50 qəpiklik artım müşahidə olunub və bayram günlərində diri heyvanların qiymətində əlavə 1 manatlıq bahalaşma gözlənilir. Bu isə quzu ətinin pərakəndə satış qiymətinin 23 manata çatacağı deməkdir.
Pressline.az bildirir ki, məsələ ilə bağlı nocomment.az-a danışan iqtisadçı ekspert Cəfər Sadıqov bildirib ki, ətin qiymətindəki artım təkcə bayramla yox, həm də bazardakı struktur problemləri ilə bağlıdır: "Azərbaycanda ət bazarı tələb və təklif qanunları ilə yanaşı, həm də ciddi istehsalat problemlərinin təsiri altındadır. Qurban bayramı ərəfəsində xırdabuynuzlu heyvanlara tələbat kəskin artır, bu da təbii ki, qiymətləri yuxarı çəkir. Lakin əsas məsələ odur ki, ölkədə heyvan sayı getdikcə azalır. Yem xərclərinin artması, örüş sahələrinin məhdudlaşması və qlobal istiləşmənin yaratdığı quraqlıq fermerləri çətin vəziyyətə salıb. Fermer öz xərcini çıxarmaq üçün məhsulunu baha satmağa məcburdur. Digər tərəfdən, fermerin birbaşa bazara çıxış imkanlarının məhdud olması Bakıda qiymətlərin süni şəkildə daha da şişməsinə gətirib çıxarır".
Ekspertin sözlərinə görə, ət idxalının artması və havaların isinməsi qiymət üzərindəki təzyiqi müəyyən qədər azaltsa da, bayram amili hər şeyi dəyişir: "Dövlət Gömrük Komitəsinin hesabatları göstərir ki, ölkəyə ət idxalı artıb. Bu, bazarda təklifi artıraraq qiymətlərin sabit qalmasına kömək etməli idi. Həmçinin havaların isinməsi ilə heyvanların yaşıl yemə çıxışı asanlaşır ki, bu da maya dəyərini aşağı salır. Lakin bayram dövründə 'psixoloji bahalaşma' və 'bayram tələbatı' bu iqtisadi amilləri üstələyir. Alıcılıq qabiliyyətinin aşağı olmasına baxmayaraq, Qurban bayramı dini ayin olduğu üçün insanlar imkan daxilində heyvan almağa çalışırlar. Təəssüf ki, biz heyvandarlıq təsərrüfatlarını lazımi səviyyədə qoruya bilmirik; əgər daxili istehsal güclənməsə və fermerlərin xərcləri optimallaşdırılmasa, ətin qiymətində ucuzlaşma gözləmək xülyadır. Bayramdan sonra qiymətlər bir qədər stabilləşsə də, ümumi trend yuxarı doğru meyillidir".
-
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
14.04.2026“Bank VTB Azərbaycan”ın gəlirləri və mənfəəti azalıb -
5.05.2026“Uşaq pulu” ilə bağlı VACİB XƏBƏR - 150 manat... -
14.03.2026Bakıda yaşayış niyə bu qədər bahalaşır? -
29.04.2026Ağsuda sosial yardım qalmaqalı: vətəndaş müraciəti, yazılı “zəmanət” və sonradan geri tələb olunan 922 manat
Xəbər lenti
-
25.06.2026Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
-
23.06.2026Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
