Rusiya ilə bağlı ŞOK ssenari açıqlandı - Kütləvi hücum başlayır
Ukrayna Pilotsuz Qüvvələr Komandanlığı tərəfindən həyata keçirilən son hərbi əməliyyat müharibənin gedişatında yeni bir mərhələnin başladığını göstərir. Aprelin sonlarında Rusiyanın Çelyabinsk vilayətində yerləşən "Şaqol" hərbi aerodromuna təşkil edilən unikal dron hücumu nəticəsində Rusiya Hərbi Hava Qüvvələrinin ən müasir texnikalarına ağır zərbə endirilib. İlkin məlumatlara və peyk görüntülərinə əsasən, hücum zamanı 4 döyüş təyyarəsi — ordunun "incisi" sayılan 2 ədəd Su-57 (beşinci nəsil qırıcı), 1 ədəd Su-34 bombardmançısı və modifikasiyası hələlik tam dəqiqləşdirilməyən daha bir "Su" seriyalı təyyarə ciddi zədələnib və ya sıradan çıxarılıb.
Məsələni nocomment.az-a şərh edən politoloq Şahin Cəfərli bildirib ki, bu hücumun həm hərbi-texniki, həm də psixoloji təsirləri olduqca böyükdür: "Bu əməliyyatda vurulan Su-57 təyyarələri Rusiya ordusu üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda Rusiyanın arsenalında bu tip beşinci nəsil qırıcılardan cəmi bir neçə onluq sayda var və hər birinin itirilməsi və ya sıradan çıxarılması Moskva üçün milyardlarla dollar zərər və texnoloji nüfuz itkisidir. Digər mühüm məqam isə coğrafiyadır; Çelyabinsk Ukrayna sərhədindən təxminən 1700 kilometr uzaqlıqda yerləşir. Bu, Ukrayna PUA-larının mənzilinin və dəqiqliyinin artıq Rusiyanın dərinliklərindəki sənaye və hərbi ürəyinə çatmaq qabiliyyətində olduğunu sübut edir. Belə bir məsafədə hədəflərin vurulması o deməkdir ki, artıq Rusiya ərazisində heç bir strateji nöqtə tam təhlükəsiz deyil".
Politoloq həmçinin xatırladıb ki, Ukraynanın uzaqmənzilli zərbə imkanları son bir ildə sistematik olaraq artmaqdadır: "Xatırladaq ki, 2025-ci ilin iyununda da Ukrayna kəşfiyyatı bənzər unikal əməliyyatla Rusiyanın daxilindəki 4 müxtəlif aerodroma zərbə endirmiş və işğalçı dövlətin strateji aviasiyasının üçdə birini (təxminən 41 təyyarə) zədələmişdi. İndi isə 1700 kilometrlik hədəflərin — xüsusən də Su-57-lərin hədəfə alınması Rusiyanın hava hücumundan müdafiə sistemlərinin 'dərinliklərdə' ciddi boşluqlar verdiyini nümayiş etdirir. Əgər Ukrayna PUA-ları bu sürətlə inkişaf etməyə davam edərsə, Rusiya nəinki sərhəd bölgələrini, hətta Ural dağları ətrafındakı hərbi sənaye mərkəzlərini də qoruya bilməyəcək. Bu isə müharibənin Rusiya daxilində daha çox hiss olunmasına və Kremlin hərbi resurslarının ciddi şəkildə tükənməsinə səbəb olacaq".
-
29.04.2026Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib -
30.04.2026Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib -
31.03.2026Yeni hərbi obyektlər istifadəyə verildi - FOTO -
6.05.2026Türkiyənin dünyaya şok yaşadan YENİ GÜCÜ - Onu heç bir sistem dayandıra bilməyəcək -
2.04.2026Zelenski kütləvi dron hücumları barədə: "Bu, rusların Pasxa bayramı üçün atəşkəs təklifimizə cavabıdır"
Xəbər lenti
-
26.06.2026Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
