9.05.2026

BMT-nin baş katibi ABŞ və İrana çağırış edib

 

BMT-nin baş katibi Antonio Quterreş Hörmüz boğazında İran və ABŞ arasında hərbi toqquşma ilə bağlı xəbərlərdən narahatlığını bildirib.

Pressline.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi Stefan Dujarrik deyib.

Dujarrik bildirib ki, BMT-nin baş katibi gərginliyin azaldılması üçün kritik bir an olduğunu və bütün tərəfləri vəziyyəti daha da gərginləşməmək üçün maksimum təmkin göstərməyə çağırır.

Quterreş bütün tərəfləri yenidən gərginiyə səbəb ola biləcək və davam edən diplomatik səylərə xələl gətirə biləcək hərəkətlərdən çəkinməyi tövsiyə edib.

Ötən gün İranın BMT-dəki səfiri Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasına və Quterreşə ünvanladığı məktubda bildirib ki, ABŞ-ın Fars körfəzi və Hörmüz boğazındakı son hərəkətlərinin nəticələri fəlakətli ola bilər və Yaxın Şərqdən kənara çıxa bilər.

O, Baş katibə və Təhlükəsizlik Şurasına ABŞ-ni beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə əməl etməyə və gələcək təxribatçı hərəkətlərdən çəkindirməyə çağırıb.

Xəbər lenti