13.05.2026

Profilaktik tədbirlər nəticə verir..

 

Mayın 12-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 3 avtomat silahı, 1 tapança, 7 tüfəng, 16 partlayıcı, 23 mərmi, 3 patron darağı və 43 ədəd patron aşkar edərək götürüblər. 

Pressline.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Xəbər lenti