13.05.2026

Saleh Səmədovun məhkəməsi başladı

 

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Pressline.az: Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 20-nə təyin edilib.

Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunur.

O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Qeyd edək ki, Səmədov ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Xəbər lenti