İlham Əliyev kibercinayətkarlıqla bağlı qanun imzaladı
Cinayət və Cinayət-Prosessual Məcəllələrinə Birləşmiş Millətlər Təşkilatının (BMT) Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası ilə əlaqədar təklif edilən dəyişikliklər təsdiq olunub.
Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb.
Sənədə əsasən, qanunun qəbulunun əsas məqsədi kibercinayətkarlığa qarşı mübarizə sahəsində yeni çağırışlara cavab vermək, qanunvericilikdə mövcud olan boşluqları aradan qaldırmaq, eləcə də müvafiq sahədə beynəlxalq müqavilələrin tələblərini daxili hüquq sisteminə tam inteqrasiya etməkdir.
Konvensiyanın tələblərinə müvafiq olaraq, qanunvericilikdəki "kompüter sistemi" ifadəsi "İKT sistemi", "kompüter məlumatları" isə "elektron verilənlər" terminləri ilə əvəz edilir. Bu, smartfonlardan tutmuş bulud infrastrukturuna qədər bütün müasir vasitələrin hüquqi tənzimləmə dairəsinə daxil edilməsini təmin edir. Eyni zamanda, qanunvericiliyə "trafik verilənləri", "abunəçi məlumatları", "məzmun verilənləri" və "xidmət provayderi" kimi yeni hüquqi anlayışlar daxil edilib.
Qeyd olunub ki, Cinayət-Prosessual Məcəlləsinə (CPM) edilən əlavələr elektron sübutların toplanması prosesini tam hüquqi çərçivəyə salır. Buraya elektron verilənlərin əldə edilməsi, mühafizəsi və prosessual rəsmiləşdirilməsi qaydalarının müəyyən edilməsi, İKT sistemlərinə baxış, axtarış və götürmə tədbirlərinin hüquqi əsaslarının və hədlərinin dəqiqləşdirilməsi aiddir. Bu dəyişikliklər elektron sübutların etibarlılığını, yolverilənliyini və məhkəmədə qiymətləndirilməsinin şəffaflığını artırmağa xidmət edəcək.
Bundan başqa, CPM-ə "Məhkəməyədək icraatın elektron qaydada aparılması" və "Məhkəmə icraatının elektron qaydada aparılması" kimi yeni maddələr daxil edilərək həmin məsələlərin ətraflı tənzimlənməsi nəzərdə tutulur. Hazırda mövcud olan "Cinayət mühakimə icraatının elektron qaydada aparılması" adlı maddənin isə mətni genişləndirilərək yeni versiyada təqdim olunmuşdur. Həmçinin, məhkəmə və prokurorluq arasında sənəd dövriyyəsinin "Elektron məhkəmə" və "Elektron prokurorluq" sistemləri vasitəsilə, gücləndirilmiş elektron imza ilə həyata keçirilməsi mexanizmi təsbit olunub.
-
16-03-2026, 17:40Prezident 2 Fərman İMZALADI -
25-03-2026, 12:55Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
17-03-2026, 13:24Süni intellektlə qanunsuz şəkillər hazırlayanlar 5 ilədək həbs ediləcək -
17-03-2026, 14:15Bu vəsaitdən təyinatı üzrə istifadə etməmək cinayət sayılacaq -
21-03-2026, 09:1521 Martın beynəlxalq əhəmiyyəti: Bu tarix niyə bu qədər vacibdir
Xəbər lenti
-
Вчера, 18:00"FOMO" Sindromu: Sosial Mediada Hər Şeyi Qaçırmaq Qorxusu
-
Вчера, 17:45Tehran aeroportu fəaliyyətini bərpa etdi
-
Вчера, 17:30Yalnızlıq Epidemiyası: Müasir Dünyada İnsanlar Niyə Təklənir?
-
Вчера, 17:15Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
-
Вчера, 17:00Biometrik Ödənişlər: Kartların Dövrü Bitirmi?
-
Вчера, 16:45Pulunu dollarlarla saxlayanlara şad xəbər
-
Вчера, 16:30Smart Şəhərlər: Texnologiya Tıxac Problemini Necə Həll Edəcək?
-
Вчера, 16:15"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası
-
Вчера, 16:00Rəqəmsal Miras: Öldükdən Sonra Hesablarımıza Nə Olur?
-
Вчера, 15:45Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"
-
Вчера, 15:30Şəhər Əfsanələri: Rəqəmsal Dövrün Yeni Mifləri
-
Вчера, 15:15Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi
-
Вчера, 15:00Kofein Asılılığı: Qəhvə Bizi Həqiqətən Enerjili Edir?
-
Вчера, 14:45İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir
-
Вчера, 14:30Gələcəyin 5 Peşəsi: Hazırkı Tələbələr Nəyə Hazırlaşmalıdır?
-
Вчера, 14:15Sabah 24 dərəcə isti olacaq
-
Вчера, 14:00Sosial Mediada "Mükəmməl Həyat" İllüziyası: Depressiyanın Yeni Səbəbi
-
Вчера, 13:45Əraqçi Pakistanda Munirlə görüşdü
-
Вчера, 13:30Yeni Nəsil Karyeradan Nə Gözləyir?
-
Вчера, 13:15"Çox kökəlmişəm, utanıram"
-
Вчера, 13:00"Ulduz Partlayışından Cibimizə": Qızılın inanılmaz səyahəti
-
Вчера, 12:45Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq
-
Вчера, 12:30"Yuxu Paralizi": Beynin yuxuda ilişib qalması
-
Вчера, 12:15XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ
-
Вчера, 12:00"Mavi Lava": Kawah Ijen vulkanının möcüzəsi
-
Вчера, 11:45Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək
-
Вчера, 11:30"Kölgə Biosferası": Yanımızdakı yadplanetlilər
-
Вчера, 11:15“Brent” nefti bahalaşıb
-
Вчера, 11:00"Sosial Kredit": İnsanların xal sistemi
-
Вчера, 10:45Ranyeri vəzifəsindən ayrıldı
