16.05.2026

Kəlbəcər yolunda qəza - Xəsarət alanlar var

 

Toğanalı-Kəlbəcər yolunda qəza baş verib.

Pressline.az: xəbər verir ki, hadisə rayonun Toğanalı kəndi istiqamətində baş verib. "VAZ 2107" markalı avtomobil digər maşınla toqquşub.

Qəza zamanı Göygöl rayon sakini 1969-cu il təvəllüdlü İbad Vəliyev və daha iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb./teleqraf

Xəbər lenti