22.05.2026

ABŞ Polşaya 5 min hərbçi göndərir

 

Donald Tramp ABŞ-ın Polşaya əlavə 5000 hərbçi göndərəcəyini açıqlayıb. 

Pressline.az bildirir ki, o, bu barədə TruthSocial hesabında paylaşım edib. Tramp bildirib ki, qərar Polşa Prezidenti seçilən Karol Navrotski ilə münasibətlərin möhkəmləndirilməsi məqsədi daşıyır.

Bundan əvvəl Polşa müdafiə nazirinin müavini Pavel Zalevski ABŞ ordusunun planlaşdırılan rotasiyası ilə bağlı Vaşinqtona təzyiq göstərmək niyyətində olduqlarını demişdi.

Varşava özünü NATO daxilində “nümunəvi müttəfiq” hesab etdiyini vurğulayıb./bizimesr

Xəbər lenti