Azərbaycan yeni beynəlxalq təşəbbüslər irəli sürən mühüm dövlətlərdən birinə çevrilib
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 Azərbaycanın diplomatik gücünün, təşkilati potensialının və qlobal təşəbbüslərdə artan rolunun növbəti nümayişi oldu. 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirən WUF13 bu günədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü və COP29-dan sonra Azərbaycanda təşkil olunan ikinci ən böyük beynəlxalq tədbir oldu.
O bildirib ki, Bakı bir daha qlobal həmrəyliyin, çoxtərəfli əməkdaşlığın və beynəlxalq dialoqun mühüm mərkəzi kimi çıxış etdi. Forumun miqyası və ona göstərilən böyük maraq Azərbaycanın qlobal gündəliyin formalaşdırıldığı siyasi platformaya çevrildiyini göstərdi.
WUF13-ün ən mühüm siyasi hadisəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Sammiti oldu. Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə keçirilən bu sessiyada 27 dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və yüksək səviyyəli nümayəndələr iştirak etdilər. Bu fakt özü Azərbaycanın beynəlxalq diplomatik nüfuzunun ilbəil artdığını açıq şəkildə nümayiş etdirir.
Liderlər çıxışlarında Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə və forumun mükəmməl təşkilinə görə minnətdarlıqlarını ifadə etdilər. Bu sessiya şəhərsalma məsələlərinin humanitar və təhlükəsizlik aspektlərini özündə birləşdirən qlobal çağırış olduğunu nümayiş etdirdi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Liderlər Sammiti şəhərsalma üzrə müzakirələri yeni siyasi müstəviyə çıxardı. Bu addım həm də Azərbaycanın yeni beynəlxalq dialoq formatları formalaşdırmaq qabiliyyətinin göstəricisinə çevrildi.
Deputat qeyd edib ki, WUF13 zamanı Azərbaycan qlobal şəhərsalma gündəliyinə mühüm töhfələr verdi. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri Sessiya çərçivəsində beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanın öz maliyyə və insan resursları hesabına urbisidə, ekosidə və kultursidə məruz qalmış 9 şəhər və 100-dən çox kəndi yenidən qurması dünyanın diqqət mərkəzində oldu. Beynəlxalq iştirakçılar Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrini digər postmünaqişə ölkələri üçün nümunə kimi dəyərləndirdilər.
Tədbirdə Böyük Qayıdış Proqramı da xüsusi maraq doğurdu. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qaytarılması istiqamətində həyata keçirilən siyasət humanitar və sosial baxımdan nümunəvi yanaşma kimi təqdim edildi.
WUF13-ün yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” sənədində Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində təcrübəsi mühüm beynəlxalq nümunə kimi qeyd olundu. Bu, işğal dövründə erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddətdə yenidən qurulmasının beynəlxalq səviyyədə qəbul edildiyini göstərir.
Sənəddə, həmçinin münaqişə və müharibələrin məktəblərə, xəstəxanalara, yaşayış evlərinə, ətraf mühitə və biomüxtəlifliyə vurduğu zərərin xüsusi vurğulanması Azərbaycanın uzun illər ərzində üzləşdiyi urbisid və ekosid siyasətinin beynəlxalq səviyyədə tanınması baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Görünən budur ki, beynəlxalq ictimaiyyət Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq işlərini açıq şəkildə dəstəkləyir və bunu nümunəvi model kimi təqdim edir.
N.Məmmədova diqqətə çatdırıb ki, COP29-da olduğu kimi, WUF13 də gələcək beynəlxalq təşəbbüslər üçün mühüm platforma yaratdı. Bakı Şəhər Mükafatının təsis olunması, milli şəhərsalma forumları təşəbbüsü və gələcək WUF sessiyaları üçün Bakı standartlarının hazırlanması bunun bariz göstəricisidir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan artıq qlobal proseslərə təsir edən, yeni beynəlxalq təşəbbüslər irəli sürən və çoxtərəfli əməkdaşlığı təşviq edən mühüm dövlətlərdən birinə çevrilib./azertag.az
-
19.05.2026"Prezident bu müsahibədə regional və qlobal təhlükəsizlik məsələlərinə xüsusi yer verib" -
22.05.2026WUF13-ün son günü: nələr olacaq? -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
20.04.2026İlham Əliyev bu sessiyanın iştirakçılarına müraciət edib -
9.05.2026Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib
Xəbər lenti
-
26.06.2026Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
