Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO
Pressline.az xəbər verir ki, Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Xətai rayon Təşkilatının sədri Ramil Mirzəyev, YAP Veteranlar Şurasının üzvləri, akademik Urxan Ələkbərov, Vahid Novruzov, Nazim İsmayılov, Tahir Məmmədov və Zahid Xəlil, Vətən Müharibəsi qəhrəmanı Zaur Hüseynov, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar və rayon sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna rolundan bəhs edərək bildiriblər ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş nöqtəsi olub. Qeyd edilib ki, milli qurtuluş ideologiyasının təntənəsi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçilik ənənələrinin gücləndirilməsində, sosial-iqtisadi inkişafın təmin edilməsində və beynəlxalq aləmdə nüfuzunun artmasında mühüm rol oynayıb.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoyub, müasir dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə edib. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafını və beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini təmin edib.
Bildirilib ki, müstəqilliyin qazanılması nə qədər mühüm idisə, onun qorunub saxlanılması və inkişaf etdirilməsi də bir o qədər vacib məsələ idi. Məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti sayəsində Azərbaycan dövlətçiliyinin möhkəm təməlləri yaradılıb. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü xalqımızın tarixində əlamətdar gün kimi xüsusi yer tutur və 1997-ci ildən etibarən dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunur.
Rəsmi hissədən sonra tədbir tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri vətənpərvərlik ruhlu musiqi nömrələri və rəngarəng konsert proqramı ilə davam edib.
Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb.
https://www.youtube.com/watch?v=UeGr19JHWu8![]()
-
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
6.05.2026Abşeronda şəhidlər anılıb, ailə üzvlərinə baş çəkilib -
2.06.2026Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
3.06.2026"Azərişıq" ASC-nin “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Şuşa və Xankəndi məktəbliləri də qoşulub
Xəbər lenti
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-Video
-
26.06.2026Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoyduz
-
26.06.2026Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə
-
26.06.2026Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı
-
26.06.2026DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
26.06.2026Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
-
26.06.2026Nənə qızını və 4 nəvəsini öldürdü
-
26.06.2026Həbsxanalarda bu il 31 cütlük ailə qurdu
-
26.06.2026Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
26.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
26.06.2026Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
26.06.2026Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
26.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
26.06.2026Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?
-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
-
26.06.2026Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ
-
26.06.2026İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi
