Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zəminə Əsədovanın (adı, soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.
Pressline.az bildirir ki, "Pravda.az"-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, təqsirləndirilən şəxs tanışı, 1959-cu il təvəllüdlü Rəmzi Səfərovla (adı, soyadı şərtidir) bağlı əldə etdiyi şəxsi xarakterli görüntülərdən istifadə edərək onu rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və müxtəlif vaxtlarda pul vəsaiti alıb.
Cinayət işi materiallarında göstərilir ki, hadisələrin əsası 2025-ci ilin mart ayında qoyulub.
Belə ki, 1989-cu il təvəllüdlü Zəminə Əsədova və Rəmzi Səfərov Bakı şəhərinin Nəsimi rayonunda yerləşən kirayə mənzildə görüşüblər. Tərəflər həmin mənzildə qarşılıqlı razılıq əsasında bir araya gəliblər.
Təqsirləndirilən şəxs görüş zamanı kişinin onunla seksual xarakterli hərəkətlər etməsini əks etdirən görüntüləri gizli şəkildə çəkib. Həmin görüntülər sonradan Rəmzi Səfərova qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Bir müddət sonra qadın kişi ilə telefon əlaqəsi saxlayaraq ondan pul tələb etməyə başlayıb.
O, Rəmzi Səfərova həmin görüntüləri ailə üzvlərinə və digər şəxslərə göndərəcəyini, həmçinin onun barəsində rüsvayedici məlumatlar yayacağını bildirib. Zəminə bu məqsədlə kişidən 1 000 manat məbləğində pul tələb edib. Kişi əvvəlcə bu tələbə razı olmayıb və pul verməkdən imtina edib. Bundan sonra təqsirləndirilən şəxs çəkdiyi görüntülərdən birini "WhatsApp" tətbiqi vasitəsilə ona göndərib. Görüntünü göndərdikdən sonra Zəminə yenidən pul tələb edib və vəsait ödənilməyəcəyi təqdirdə həmin materialların yaxınlarına və digər şəxslərə göndəriləcəyini söyləyib.
Rəmzi Səfərov təhdidlərin təsiri altında müxtəlif vaxtlarda ümumilikdə 1 000 manat pul vəsaitini təqsirləndirilən şəxsin istifadəsində olan bank kartlarına köçürüb. Köçürmələr 2025-ci ilin mart ayından aprel ayınadək olan müddətdə həyata keçirilib.
Bununla da, istintaqın qənaətinə görə, Zəminə hədə-qorxu yolu ilə 1 000 manat pul vəsaitini ələ keçirib.
Araşdırmalar zamanı məlum olub ki, bununla kifayətlənməyən təqsirləndirilən şəxs sonradan eyni üsulla yenidən pul tələb edib.
İttihama görə, 2025-ci ilin aprel ayında o, yenidən Rəmzi Səfərovla əlaqə saxlayıb. Həmin vaxt kişi Bakı şəhərinin Xəzər rayonu ərazisində, hava limanında olub. Zəminə telefon danışığı zamanı yenidən rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək daha 1 000 manat tələb edib.
Rəmzi Səfərov bu dəfə də təzyiqlərdən sonra tələb olunan məbləği təqsirləndirilən şəxsin istifadəsində olan bank kartına köçürüb.
Beləliklə, istintaqın qənaətinə görə, təqsirləndirilən şəxs Rəmzi Səfərovdan ümumilikdə 2 000 manat məbləğində pul vəsaitini hədə-qorxu yolu ilə əldə edib.
Toplanmış sübutlar, bank köçürmələrinə dair məlumatlar, telefon danışıqları, elektron yazışmalar və digər materiallar əsasında ona müvafiq maddələrlə ittiham elan olunub.
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Zəminə Əsədova özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib.
Məhkəmənin hökmü ilə o, 4 il 8 ay müddətə azadlıqdan məhrum edilib./mediatvaz.com
-
14.05.2026“Referans” klinikasının direktoru arvadını niyə güllələyib? -
4.05.2026Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ -
30.04.2026ADNA-da törədilən terror aktından 17 il ötür -
25.04.2026Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı -
14.03.2026Bakıda yaşayış niyə bu qədər bahalaşır?
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə
