DİN adından saxta cərimə mesajları yayılır: - Vətəndaşlar diqqətli olsun
Son günlər vətəndaşların mobil telefonlarına Daxili İşlər Nazirliyinin adından göndərildiyi iddia olunan saxta mesajlar daxil olur.
Mesajlarda guya yol hərəkəti qaydalarının pozulmasına görə cərimənin ödənilməsinin tələb edildiyi, əks halda sürücülük vəsiqəsinə, kredit tarixçəsinə və nəqliyyat vasitəsinin texniki baxışına məhdudiyyətlər tətbiq olunacağı bildirilir.
Pressline.az bildirir ki, araşdırma zamanı məlum olub ki, bu mesajlar rəsmi dövlət qurumları tərəfindən göndərilmir.
Mesajlarda göstərilən nömrələr xarici nömrələrdir və vətəndaşlar şübhəli internet səhifələrinə yönləndirilir. Bu isə fişinq (məlumat oğurluğu) cəhdi hesab olunur.
Vətəndaşlara tövsiyə olunur ki, naməlum nömrələrdən gələn bu tip mesajlara etibar etməsinlər, mesajda göstərilən keçidlərə daxil olmasınlar, bank kartı və şəxsi məlumatlarını paylaşmasınlar, cərimələrlə bağlı məlumatları yalnız rəsmi dövlət platformaları vasitəsilə yoxlasınlar.
Unutmayaq ki, kiberdələduzlar vətəndaşların etimadından sui-istifadə etmək üçün dövlət qurumlarının adından istifadə edirlər. DİN adından yayılan bu cür saxta bildirişlərə inanmayın, yaxınlarınızı da məlumatlandırın və şübhəli mesajlarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat verin.
Bir klik şəxsi məlumatlarınızın və bank hesablarınızın təhlükə altına düşməsi demək ola bilər. Diqqətli olmaq hər kəsin öz təhlükəsizliyinə verdiyi ən vacib töhfədir.
Həmin mesajın formasını təqdim edirik:
Daxili İşlər Nazirliyi- Yol Hərəkəti Qaydalarının Pozuntusu Bildirişi
Cari Status: Hüquqi Bildiriş Müddəti (Son Toplama Mərhələsi)
Hörmətli Nəqliyyat Vasitəsinin Sahibi: Sistemimiz nəqliyyat vasitənizdə görülməmiş yol hərəkəti qaydalarının pozulması hallarını aşkar edib. Ən son yol hərəkəti qaydalarına əsasən, bu proses son hesablaşma mərhələsinə qədəm qoyub. Hüquqi proseslərdən yayınmaq üçün ödənişi 18 iyun saat 23:59-dan əvvəl tamamlayın.
İcra Xəbərdarlığı:
Kredit Qeydlərinin Təsiri: Qayda pozuntusu qeydi şəxsi sürücülük kredit sənədinizlə əlaqələndiriləcək.
İllik Nəqliyyat Vasitələrinin Yoxlanılmasına Maneə: Ödənilməmiş qayda pozuntuları sistemi avtomatik olaraq bloklayacaq və illik nəqliyyat vasitəsinin yoxlanılması sertifikatınızı almağınıza mane olacaq.
Sərt Cərimələri: Hər gün gecikmə üçün cərimələr alacağıq və sürücülük vəsiqəniz üzrə ballarınız ikiqat arta bilər.
Elektron Emal Kanalı:
https://assanpay.sbs/az
(Yüksək qətnaməli sübut şəkillərinə və elektron qərarlara baxmaq üçün “1” cavabını verin və yenidən daxil olun.)/gununsesi.info
-
15.04.2026Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq -
1.05.2026Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı -
21.04.2026Azərbaycan bank sektorunun uğurları və riskləri -
10.06.2026Avtobus gecikirsə, sərnişin təzminat ala bilər? -
6.06.2026Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə
