Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…
Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub.
Pressline.az "qaynarinfo.az"-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobilin guya özünə məxsus olduğunu bildirərək nəqliyyat vasitəsini 15 600 manata satmaq barədə razılıq əldə edib.
İstintaqla müəyyən edilib ki, həmin avtomobil əslində icarəyə götürülüb. Aldadıldığını anlayan zərərçəkmiş sonradan avtomobili sahibinə qaytarıb.
Bununla yanaşı, təqsirləndirilən şəxs başqa bir dələduzluq əməli də törədib. O, internet üzərindən satışa çıxarılan "Hyundai Tucson" markalı avtomobili almaq istədiyini bildirərək sahibinin etibarını qazanıb. Pulunun bir hissəsinin çatışmadığını, qalan məbləği isə qayınanasından alacağını deyərək avtomobil sahibini nəqliyyat vasitəsini lombarda girov qoymağa razı salıb.
Zərərçəkmiş avtomobili lombarda qoyaraq 10 min manat əldə edib. Daha sonra təqsirləndirilən şəxs həmin pulu almaq üçün onunla birlikdə əvvəlcədən müəyyən edilmiş ünvana gedib. Pulu aldıqdan sonra binaya daxil olan şəxs ehtiyat çıxışından istifadə edərək hadisə yerindən qaçıb və vəsaiti mənimsəyib.
Beləliklə, o, iki ayrı epizod üzrə zərərçəkmişlərə ümumilikdə 12 min 650 manat maddi ziyan vurub.
Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib. Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında keçirdiyi müddət nəzərə alınaraq cəzadan çıxılıb və onun üzərində qəti olaraq 1 il 3 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
-
17.06.2026Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi -
6.06.2026Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ -
25.04.2026Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı -
11.06.2026Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU -
15.05.2026Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə
