ABŞ-də müvəqqəti statuslu miqrantların ölkəni tərk etməsi tövsiyə edilib
ABŞ-də müvəqqəti qorunan status əsasında yaşayan miqrantlar daimi yaşayış icazəsi almağa çalışmalı və ya ölkəni tərk etməlidirlər.
Pressline.az xəbər verir ki, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mullin CNN telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, müvəqqəti status daimi yaşamaq hüququ vermir:
“Ya daimi status almaq üçün sənədlərinizi hazırlayın, ya da biz sizə öz ölkənizə qayıtmaqda kömək edəcəyik. Hətta təyyarə bileti və yenidən məskunlaşmaq üçün təxminən 2100 dollar vəsait də təqdim edəcəyik”, - o deyib.
Mullinin açıqlaması ABŞ Ali Məhkəməsinin ötən həftə Donald Tramp administrasiyasına yüz minlərlə Haiti və Suriya vətəndaşının müvəqqəti qorunan statusunu ləğv etməyə icazə verən qərarından sonra səsləndirilib.
ABŞ qanunvericiliyinə əsasən, müharibə, təbii fəlakət və ya digər fövqəladə şəraitdən qaçan şəxslərə müvəqqəti yaşayış statusu verilə bilər.
ABŞ Haiti vətəndaşlarına ilk dəfə 2010-cu ildə baş verən dağıdıcı zəlzələdən sonra, Suriya vətəndaşlarına isə 2012-ci ildə ölkədə vətəndaş müharibəsi başladıqdan sonra bu statusu təqdim etmişdi.
Bununla belə, kütləvi deportasiya planları ABŞ-da mübahisələrə səbəb olub. Ohayo ştatının qubernatoru Mayk DəUayn bildirib ki, Haitiyə qayıdış hazırda təhlükəsiz deyil və bu insanların ölkədən çıxarılması ştatın iqtisadiyyatına, xüsusilə səhiyyə sektoruna ciddi zərbə vura bilər.
“Çox vaxt sizin Alzheimer xəstəsi olan valideyninizə və ya qocalar evindəki yaxınlarınıza qulluq edənlər məhz haitililərdir. Onların hamısını çıxarmaq öz maraqlarımıza uyğun deyil”, - deyə qubernator vurğulayıb.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti hazırda həm Haiti, həm də Suriyaya səfərlərlə bağlı təhlükəsizlik xəbərdarlıqlarını qüvvədə saxlayır.
-
27.05.2026Prezident bir sıra məhkəmələrə sədr təyin edib -
15.06.2026Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI -
25.03.2026Ekoloji hüququ pozulan vətəndaş kompensasiya tələb edə bilər-QƏRAR -
27.05.2026Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır -
6.06.2026"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat
Xəbər lenti
-
29.06.2026Ödəniş sistemlərinin xariclə inteqrasiyası....
-
29.06.2026Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi
-
29.06.2026Dondurulmuş limon həqiqətən də xərçəngdən qoruyurmu?
-
29.06.2026Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ
-
29.06.2026Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın baş həkimi dəyişdi
-
29.06.2026Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA
-
29.06.2026Sabah yağış, şimşək və dolu yağacaq
-
29.06.2026Kredit pullarının verilməsində yeni qayda: Vəsaitlər nə vaxt hesaba köçürüləcək?
-
29.06.2026Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib
-
29.06.2026Polşa “gözəgörünməz” sualtılar alır
-
29.06.2026Avro bahalaşdı, rubl ucuzlaşdı
-
29.06.2026Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur”
-
29.06.2026İsrail hökuməti 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdı
-
29.06.2026Britaniya aviaşirkətinə məxsus təyyarə tüstülənmə səbəbindən Erfurtda yerə enib
-
29.06.2026Ərzaqlıq buğdanın yeni dövlət tədarük qiyməti müəyyən edildi
-
29.06.2026Çində güclü zəlzələ olub - Xəsarət alanlar var
-
29.06.2026Lukaşenko Si Cinpinlə Pekində görüşdü
-
29.06.2026Evdən qadın meyiti tapıldı
-
29.06.2026Müctəba Xamenei çağırış etdi - “Xalqının qarşısında duran ən vacib məsələ...”
-
29.06.2026ABŞ-də müvəqqəti statuslu miqrantların ölkəni tərk etməsi tövsiyə edilib
-
27.06.2026Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır
-
27.06.2026Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...
-
27.06.2026İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?
-
27.06.2026Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
