“Ağsaqqal adı nüfuzdan düşürmü? – Horovludan başlayan narahatlıq və görünən boşluqlar”
Pressline.az xəbər verir ki, cəmiyyətimizin əsrlərlə formalaşmış mənəvi dəyərlərindən biri olan “ağsaqqal” institutu bu gün də aktuallığını qorusa da, onun mahiyyəti və tətbiqi ilə bağlı ciddi suallar yaranmaqdadır.
“Ağsaqqal” anlayışı təsadüfi seçilmiş bir ad deyil. Bu söz “ağ” – saflıq, müdriklik və mənəvi təmizlik, “saqqal” isə yaş, təcrübə və həyat görmüşlük rəmzi kimi izah olunur. Yəni ağsaqqal yalnız yaşlı insan deyil; o, cəmiyyətdə söz sahibi olan, ədalətli qərar verən, mübahisələri sakitliklə həll edən, insanlara yol göstərən və davranışı ilə nümunə olan şəxsdir. Bu mənada ağsaqqal statusu sadəcə titul yox, böyük məsuliyyət və etimad göstəricisidir.
Lakin müşahidələr göstərir ki, respublika üzrə keçirilən ağsaqqal seçkiləri hər zaman bu yüksək meyarlara cavab vermir. Bir çox rayon və kəndlərdə bu proseslərin formal xarakter daşıdığı, şəffaflıq və obyektivlik prinsiplərinin pozulduğu ilə bağlı iddialar artır. Cəmiyyətdə belə bir fikir formalaşır ki, bəzi hallarda ağsaqqal seçimi məhz bu ada layiq olan şəxslərin deyil, müxtəlif təsirlər altında müəyyənləşdirilən namizədlərin irəli çəkilməsi ilə nəticələnir.
Müqayisə üçün qeyd etmək olar ki, ölkədə zaman-zaman müzakirə olunan qeyri-şəffaf deputat seçkilərində olduğu kimi, burada da bəzən layiq olmayan şəxslərin önə çəkilməsi iddiaları səsləndirilir. Bu isə təkcə seçki prosesinə deyil, ümumilikdə institutun nüfuzuna zərbə vurur.
Xüsusilə, 07.04.2026-cı il tarixində Cəbrayıl rayonunun Horovlu kəndində keçirilən Ağsaqqallar Şurasına seçki ilə bağlı səsləndirilən narazılıqlar bu problemin aktuallığını bir daha ortaya qoyur. Yerli sakinlərin iddialarına görə, sözügedən seçki qeyri-şəffaf şəkildə təşkil olunmuş, alternativ namizədlərin iştirakı təmin edilməmiş, səsvermə prosesi isə əvvəlcədən müəyyən təsirlər altında formalaşdırılmışdır. Bu kimi hallar isə ağsaqqal anlayışının mahiyyətinə zidd olaraq qiymətləndirilir.
Ən ciddi narahatlıq doğuran məqam isə ondan ibarətdir ki, “ağsaqqal” adını daşımalı olan şəxslərdə bu anlayışın tələb etdiyi xüsusiyyətlər – ədalətlilik, müdriklik, nüfuz və mənəvi təmizlik – hər zaman öz əksini tapmır. Bu isə cəmiyyətin həmin instituta olan inamını sarsıdır. Təbii ki, rayon üzrə fəaliyyət göstərən şura rəhbərliyinin ümumi nüfuzu və hörməti danılmazdır. Lakin kəndlərdə keçirilən görüşlər və seçkilər zamanı şəffaflıq prinsipinə kifayət qədər diqqət ayrılmaması ilə bağlı yaranan narazılıqlar, bu sahədə ciddi islahatlara ehtiyac olduğunu göstərir.
Analitik yanaşma onu deməyə əsas verir ki, ictimai əsaslarla fəaliyyət göstərən belə qurumlar yalnız formal prosedurlarla deyil, real etimad və nüfuz üzərində qurulmalıdır. Əks halda, bu institutlar öz mahiyyətini itirərək sadəcə ad olaraq qalacaq.
Nəticə etibarilə, ağsaqqal seçimi kimi mühüm bir prosesin qapalı şəkildə, alternativsiz və əvvəlcədən yönləndirilmiş ssenarilər əsasında həyata keçirilməsi nə ənənələrimizə, nə də cəmiyyətin gözləntilərinə uyğun gəlir. Hesab edirik ki, aidiyyəti qurumlar və təşkilat nümayəndələri cəmiyyətdə yaranan bu narahatlıqları nəzərə almalı, gələcəkdə daha şəffaf, ədalətli və həqiqətən də bu ada layiq şəxslərin seçilməsini təmin etməlidirlər.
Əks halda, “ağsaqqal” kimi dərin mənəvi məna daşıyan bir anlayışın dəyərdən düşməsi qaçılmaz olacaq.
-
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
8.04.2026Horovluda Ağsaqqallar seçkisi: formal proses, ciddi suallar və artan narazılıq -
23.03.2026Qədim Misirdə fironların saç və saqqal baxımı: mum və simvolik güc anlayışı -
26.03.2026Bənövşəyi Gün: Epilepsiya haqqında maarifləndirmə günü -
16.03.2026Prezident 2 Fərman İMZALADI
Xəbər lenti
-
26.06.2026Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI
-
26.06.2026Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir
-
26.06.2026İran Sinqapur yük gəmisinə hücum etdi
-
26.06.2026Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
