Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik ünvanlayıb.
Pressline.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.
Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti burada məskunlaşmış ayrı-ayrı xalqların, etiqad və inancların mənsubları arasında nümunəvi və harmonik ictimai münasibətlərin bərqərar olmasında müstəsna rol oynamışdır. Biz cəmiyyətimizdə tarixən formalaşmış etnik-mədəni müxtəlifliyi, milli-mənəvi dəyərləri və multikultural ənənələri müasir dövlətçiliyimizin unikal sərvəti kimi qiymətləndiririk.
Hazırda ölkəmizdə demokratik-hüquqi prinsiplərin təmin edilməsi, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsə, o cümlədən xristian icmasına özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər.
Əziz dostlar!
Dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd olunur. Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!"
-
19.03.2026İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi -
28.03.2026İlham Əliyev onları təbrik etdi - FOTO -
23.03.2026Prezident Şahbaz Şərifi təbrik etdi -
25.03.2026İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi -
18.03.2026Papua Yeni Qvineya: dünyanın ən çox dil danışılan ölkəsi
Xəbər lenti
-
29.06.2026"Nəriman Nərimanov" metrosu ətrafında bu obyektlər sökülür
-
29.06.2026Bu rayonlarda külək əsəcək- XƏBƏRDARLIQ
-
29.06.2026Ramil Şeydayev Rusiya klubuna keçə bilər
-
29.06.2026Bu gündəlik vərdişlər orqanlara ciddi zərər verə bilər - SİYAHI
-
29.06.2026"Demokratiya TV"nin rəhbəri həbs edildi
-
29.06.2026İyulun 1-də təbiət hadisəsi baş verəcək
-
29.06.2026ABŞ-də yeddiaylıq qızı güllələyən 10 yaşlı oğlan həbs edildi
-
29.06.202622 yaşlı reper haqda ölüm cəzası çıxarıldı
-
29.06.2026Kəşfiyyat şefi COVID-in sirrini açdı, konkret ad çəkdi - doktor Entoni Fauçi...
-
29.06.2026Yaponiyada yeni dişlərin çıxmasını hədəfləyən dərman sınaqdan keçirilir
-
29.06.2026"Azərbaycan Türk dünyasında söz sahibidir"
-
29.06.2026Yasamalda BYD markalı avtomobil aşıb, xəsarət alanlar var
-
29.06.2026Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
-
29.06.2026Ödəniş sistemlərinin xariclə inteqrasiyası....
-
29.06.2026Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi
-
29.06.2026Dondurulmuş limon həqiqətən də xərçəngdən qoruyurmu?
-
29.06.2026Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ
-
29.06.2026Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın baş həkimi dəyişdi
-
29.06.2026Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA
-
29.06.2026Sabah yağış, şimşək və dolu yağacaq
-
29.06.2026Kredit pullarının verilməsində yeni qayda: Vəsaitlər nə vaxt hesaba köçürüləcək?
-
29.06.2026Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib
-
29.06.2026Polşa “gözəgörünməz” sualtılar alır
-
29.06.2026Avro bahalaşdı, rubl ucuzlaşdı
-
29.06.2026Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur”
-
29.06.2026İsrail hökuməti 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdı
-
29.06.2026Britaniya aviaşirkətinə məxsus təyyarə tüstülənmə səbəbindən Erfurtda yerə enib
-
29.06.2026Ərzaqlıq buğdanın yeni dövlət tədarük qiyməti müəyyən edildi
-
29.06.2026Çində güclü zəlzələ olub - Xəsarət alanlar var
-
29.06.2026Lukaşenko Si Cinpinlə Pekində görüşdü
