25-04-2026, 09:30

"Voyniç Əlyazması": 600 illik sükutun sirri

 
1912-ci ildə aşkar edilən bu kitab, bəşəriyyətin ən böyük intellektual tapmacasıdır.

Kitabda heç bir mövcud dilə bənzəməyən hərflər, simvollar və təsvirlər yer alıb. Təsvir olunan bitkilərin çoxu yer kürəsində mövcud deyil, ulduz xəritələri isə bizim göy üzümüzə tam uyğun gəlmir.


Pressline.az-ın tarixi araşdırmasına görə,dünyanın ən güclü kriptoqrafları, hətta II Dünya Müharibəsinin şifrə qıranları belə bu kitabı oxuya bilməyiblər.

Son illərdə süni intellekt vasitəsilə aparılan analizlər bəzi sözlərin İvrit və ya qədim Hind dillərinə yaxın olduğunu desə də, kitab hələ də "oxunmaz" qalır.

Bu, ya dahi bir fırıldaqçının əsəridir, ya da itmiş bir sivilizasiyanın son mirası.

Xəbər lenti