media-ads-728x90
media-ady-gurcu-serhed
media-ads-728x90

Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində sərhəd-keçid imkanlarının genişləndirilməsi məsələləri də nəzərdən keçirilib.

Pressline.az xəbər verir ki, iclasda Azərbaycan-Gürcüstan dövlət sərhədində “İpək Yolu (Ağstafa) – Abreşumis Qza (Qardabani)” birgə sərhəd-keçid məntəqəsinin yaradılması layihəsinin əhəmiyyəti vurğulanıb.

Layihənin praktiki həyata keçirilməsinə dair iclas çərçivəsində imzalanması nəzərdə tutulan sənədin müvafiq işlərin sürətləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.


media-ads-728x90

Bənzər xəbərlər