media-ads-728x90
media-whatsapp-image-2026-10-20-at-20-19-58
media-ads-728x90

                           HİKMƏTLİ  BEYTLƏR                             

                         4 cildlik “ HİKMƏT  XƏZİNƏSİ”,   1- ci cild.

 

              

                                                                                        

 

ONUNCU  HİSSƏ

 

 

 

Səpələnib hər yerə Günəşin zərrəsi tək,

Harda olsan, düşünmə bu yerdə qalmısan tək.

***

Tərk etdiyi adam yox, onu unudan ha çox,

Əgər unutmasan sən, səni sevər daha çox.

***

Elm alsan, olarsan sən elmli bir insan,

Həyatdan sən dərs alsan, olarsan adil insan.

***

Zalımın pəncəsində inildəsə bir məzlum,

Deməsin ki, dünyada zülümkara uduzdum.

***

Tökülər yerə yarpaq payizda hər ağacdan,

İnsan da ağac kimi, nə istərsən qocadan?

***

Fəsillərə oxşayır qocaldıqca insanlar,

Payız ilə eynidir dünya görmüş qocalar.

***

Yolun yorğun gedirsə bir köhlən at, yorulmuş,

Çapılıb sağa-sola, bilməyib eniş- yoxuş.

***

Başına çox yığılsa dostun, sirdaşın,

Deməli, qazanında var yağlı aşın.

***

Boş bucaqdan çəkinər müftəxər dostun,

Dolu bucaqdan çıxmaz riyakar dostun.

***

Cəsarət olsaydı hər kəsdə əgər,

Zalımlar məzlumu əzərdi məgər?

***

Cəsarət-olmasaydı cəsarət,

Cəsarət olardı onda əsarət.

***

Kimiləri bac verdi başındakı tacına,

Kiminin bac verildi, başındakı tacına.

***

Sənin ixtiyarında övladın həm batıli,

O məsum varlıqdan sən yetirmə bir qatili.

***

Övladını böyütmə köksündə bir daş qəlblə,

O qəlbin etdiyindən sənə dəyər çox qəlpə.

***

Fikirlər olsa da ala-yarımçıq.

Onları düşünmə hətta yarımçıq.

***

Cəm elə fikrini əvvəl başına,

Sonra iş açmasın sənin başına.

***

Yol yorğundu yolçudan, yolçu yorğundu yoldan,

Hər ikisi bezibdi – yolçu yoldan, yol ondan.

***

Yerdə gəzsə qarışqa nə qədər asta,

Onu eşidən olmaz heç qışqırsa da.

***

Səs-səmir yoxdursa, yazıq neyləsin?

Əlacı odur ki, gərək, dişləsin.

***

Məzluma zalım olsan, o olar zalım,

Zalimi qovalasan, qırılmaz əzmin.

***

Hər kəsdə qabiliyyət əməyə bağlı,

Aranlı əkinçidir, çoban da dağlı.

***

Dəmirçidən başqa varmı dəmir əyən?

Dəmiri əyməyi istə dəmirçidən.

***

Ya sevinc, ya da kədər yaşamır ömür qədər,

Sevinc yaz yağışıdır, kədər qədərə qədər.

***

Gözlər çuxurdadır ki, gördüyü qala orda,

Gördüyünü ağılla araşdıra çuxurda.

***

Qaranlıq gecə qəmgin, sükütü yaman əngin,

Qaranlıqdan qorxanlar ilan görənlər təkin.

 

Ey dostum, günahkarsan qəlbinlə bahəm,

Kaş özünlə bərabər qəlbini görəm.

***

Varsam da hər fikirin incəliyinə,

Hələ də varamadım qəlbin özünə.

***

Ey qəlb, sən bir ürəksən, ya cismin hakimisən?

-Mən çismə həm hakiməm, həm də ona həkiməm.

***

Yox olsa kimdə dincik, bil ki, nədənsə incik,

Deməli, qəlbin onun edilib cilik-cilik.

***

Yarğan başı qayalı, çoban qıçı yaralı,

Çoban itsiz qalarsa, başı olar bəlalı.

***

Gənclik nuru çeşmədən qətrə qətrə azalsa,

Eyib olmaz qocaya xırda-xırda yazmasa.

 

 

 

 

 


media-ads-728x90

Bənzər xəbərlər