XALİDƏ HİCRAN
HİKMƏTLİ BEYTLƏR
OXUCULARIMIZIN XAHİŞİ İLƏ
——————————-
4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 1- ci cild.
BEŞİNCİ HİSSƏ
Başında olsa əgər, qeyrətdən papaq, yaylıq,
Gərək, itirməyəsən onu sən heç bir anlıq.
***
Qanmaz acgözə dedilər, etmə qanmazlıq,
Verdiyini başa çırpıb, demə qus artıq.
***
Yiyəsiz bilər nədir həyatda kimsəsizlik,
Hər addımda hiss edər bir naçarlıq, gərginlik.
***
Övlad adət etsə valideyn danlağına,
Sonra fikir verməz onun çəp baxmağına.
***
Övladın olsa əgər, soruş bu gün nə etdin,
Etdiyi doğru olsa, sabah yenisin etsin.
***
Vətən, torpaq və dil-din meyarına dəymə,
Canını qurban ver, onlara söz gətirmə.
***
Dünyanın vərdişi dönən gərdişdi,
Əməllər düz olsun – bu da vərdişdi.
***
Köksünü ötürmə ki, qoy köksün titrəməsin,
Gərək köksündən əvvəl ə ürəyin titrəsin.
***
Toplanın doğulanda kəsilsəydi quyruğu,
Boğuşanda qopmazdı dibdən indi quyruğu.
***
Qıza buyursan ata evində buyruq,
Ər evində buyruğa bulamaz quyruq.
***
Səni sevənə demə sevgin azdı,
Sən sev ki, sevgi sevənlərə xasdı.
***
Libas var ki, geyən gözəl göstərir,
İnsan var ki, libas gözəl göstərir.
***
Səni üzənə desən də ürəyimi üzdün,
Özün uzərək, demə niyə məni çəp süzdün?
***
Körpəyə körpəlikdən hər işi etmə qadağa,
Böyüyəndə rast gələr hər işdə badalağa.
***
Uşaq hər bir işi öyrənsə ustalıqla,
Çətin isi yoluna qoyar bacarıqla.
***
Əgər səndən istəsələr, doldur boş xurcunu,
Ver, bir də ələkdə ələyə biləsən unu.
***
Əgər olmasa bağda güllər şahı qızılgül,
Çox gülün ürəyindən keçər ola qızılgül.
***
Olmasaydı dünyada ikiüzlü yaltaqlar,
Yer üzündə çoxalmaz hər gün bir az axmaqlar.
***
Olmasaydı bu dünyada yaltaqlar,
Uca taxtda oturmazdı axmaqlar.
***
Olmasaydı dünyada iki uzlu insanlar,
Yəqin bada getməzdi ürəyi düz olanlar.
***
Gəvəzə olub boş danışma, ağzına su al, otur,
Qoy bir ağıllı danışsın ki, hər kəsə lazım odur.
***
Daş üstündə yazıdı, hər deyilən gözəl söz,
Su üstündə yazıdı, deyilən mənasız söz.
***
Dostun sənə nalayiqsə, onu çalış et layiq,
Bəlkə səni tanımayıb, olmayıb ayıq-sayıq?
***
Hər kəsin öz dili var, düşüncə tərzi – onun dili,
Cahillə filosofluq etmə, cahildi – adı bəlli.
***
Cahil dediyin deyər, sən haqlı olsan belə,
Öz sözün haq biləcək, gəlsə min insan belə.
***
İstəsən ki, dünyada bir kəlmə sözün qala,
Gərək, söz söz ola ki, ürəklərə yol sala.
***
Sözün dəyərin bilməsən və yersiz desən,
Nə hörmət gətirər sənə dəyərsiz etsən?
***
Ağzından çıxan sözün qiymətin özün bilsən,
Dediyin sözlə sənə dəyər verərlər, bil sən.
***
Dediyin sozün, sənin özünsən,
Sözündən bilinər ki, sən kimsən.
***
Pis sözü ağzına yaraşdırsan əgər sən,
Özünü də o sözə oxşadarsan, biləsən.
***
Dinmə, sus, əgər dediyini külək aparırsa,
Söylə bir kəlmə, kiminsə işinə yarayırsa.
***
Könlünə həmdəm axtarsan, baxma var-dövləti olsun,
Ağılla seç dostunu, vəfası, etibarı olsun.
***
Qocaldın, əyildi qəddi-qamətin, bax bu qocalıq deyil,
Göydə axtardığını gəzirsən yerdə, yeri bəlli deyil.
***
Baxıram aləmə, hər kəs öz işində, başlar yaman qatışır,
Oranı unudan çox, hamı bura üçün vuruşub, çarpışır.
***
Elə adamlar var ki, heç yerindən qımıldanmır,
İnsan var, arı tək çalışır, amma bal yığammır.
***
Kiminin var inamı, imanından yayınmır,
Eləsi var, imanı nə anmır, nə də qanmır.
***
Heç vaxt minnətlə iş görmə özun bir başqasına,
Minnəti özündən um, minnət qoyma başqasına.
***
Sən qayğı güdərsən ki, qayğı gözəldir, sənə edələr,
Qayğı göstər minnətsiz, özün də öyrən necə edərlər.
***
İlahi, yarğı gördüm, qaygı umduğum kəsdən,
Gördüm qayğı umurmuş qayğı umduğum məndən.
***
Qayğı göstərdim birinə, dağ bilsin arxasında,
Məni soyuq ruzgar bildi o da öz arxasında.
***
Hissinə sahib çıx ki, hissini ram eləsin,
Qadağan olmayanı olandan seçə bilsin.
***
Yaxşılıq et, düşünmə, biri bilməz, biri bilər,
Haqqı nahaqqa verməz o Adili Hakim, bilər.
***
Gözümə işıq etdim, gözüm işıqdan qaldı,
Alan heç bilmədi ki, gözün nurun kim aldı.
***
Dünyada beş ünsurlə bilərsən nə var burda,
Onları düz işlət ki, sorğu çətindi orda.
***
Ağlın gərək hər seyi hiss edib ayıra bilsin,
Halalı, ya haramı, yaxşını- pisi seçə bilsin.
***
Hissinə sən hakim ol ki, bəzən o da yola gəlməz,
Özünə etdiyini dünya yığılsa, edə bilməz.
***
Başına nə gələrsə, taleyindən küsmə sən,
İki yol var – əyri-düz, çalış düzü seçəsən.
***
Ya gərək düz olub, yoluna düz gedəsən,
Ya da pis əməlin əzabına dözəsən.
***
Əməlin xeyirxah olsa, onu davam edəsən,
Etsən xeyirxahlıq, pisliklə əvəz etməyəsən.
***
Bilmədiyini sən öyrənib biləsən,
Nə qədər çox bilsən, yenə öyrənəsən.
***
Allahı tanımasan, olar işində qəbahət,
Əməllərin tək sənə yox, aləmə saçar dəhşhət.
***
O işdən xeyir gəlməz haram-halal bilməsən,
Halala haram qatsan, yeyə bilməzsən, bil, sən.
***
Göz gördu, könül sevdi, ağlın adı çəkilməz,
Sevəndə ağıl olsa, Qeysə Məcnun deyilməz.
***
Gər sənə mey verssələr, içmə, meyxoş olarsan,
Meyxoşda ağıl hanı?- öz yoluhu azarsan.
***
Qədərin ölçüsü var – taleyi qədər edər,
Bir qəbahət üzündən qədəri zəhər edər.
***
Güllərdən güllər gözəl, biri birbirindən gözəl
Birin seçən bil ki, o, hamısından çox gözəl.
***
Gördüyünə nəfsin düşüb, hissin həmən coşmasın,
Olmayanı düşünmə ki, başa bəla olmasın.
***
Coşub-daşsan da, hissini ram etməsən əgər sən,
Bil, hissinə məğlub olub, ona qurban gedərsən.
***
Ağlın vəzir-vəkil, sən onlara bir görəv ver,
Onlar düzünü edər, qalanlar yalan deyər.
***
Tanrı verdiyində olmaz azca qəbahət belə,
Vermədiyi tapılmaz, heç axtarıb düşmə çölə.
***
Ey böyük Tanrım, sənə möhtacdır bir qarışqa belə,
Dürməkdən düşən ruzidir, ona da verirsən elə.
***
Külli dünyada hamı tapsaydı yağlı kökə,
Dünyada tapılmazdı, nə aga nə də kölə.
***
O gün ki, qızılgülə güllər şahı dedilər,
Çünki onun ətrini şaha layiq bildilər.
***
Yaltaq ağaya deyər, sənsən dünyaya ağa!
Görən, ağa öləndə nə deyər yaltaq qarğa?
***
Çox fərqlidir insanlar, hərə bir xasiyyətdə,
Övladlar belə eyni söz deyər ayrı tərzdə.
***
Bir söz var ki, insanda nə istəyirsən görmək,
Nə axtarsan, birinci özündə olsun gərək.



