Salyanda kişini “tok” vurub öldürdü
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb.
Pressline.az xəbər verir ki, Məmmədov Vaqif Hüseyn oğlu Çadırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki istixanada elektrik naqillərini çəkən zaman cərəyan vurub. Nəticədə V. Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.








