SEPAH Fars körfəzində dörd gəmini vurdu
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində dörd gəmiyə zərbələr endirib.
Pressline.az İRNA-ya istinadən xəbər verir ki, hücumdan sonra gəmilər alovlanıb.
SEPAH-ın bəyanatında bildirilib ki, İran Hərbi Dəniz Qüvvələrinin qırıcı təyyarələri gəmiləri Fars körfəzinin şimalında neft doldurarkən aşkarlayıb. Ekipajın vəziyyəti barədə məlumat verilməyib.
Qeyd edək ki, oktyabrın 20-də İran ordusu Hörmüz boğazında dəniz minasına ilişən tankerin partlaması barədə məlumat yayıb. Gəmidə 2 milyon barreldən çox neft olub.








