media-ads-728x90
media-whatsapp-image-2026-10-20-at-20-19-58
media-ads-728x90

                               

                      HİKMƏTLİ  BEYTLƏR 

                                                                                                                                       OXUCULARIMIZIN  XAHİŞİ   İLƏ 

                                                                                                                                       ———————————

 

                                 4 cildlik “ HİKMƏT  XƏZİNƏSİ”,   1- ci cild.  

 

                

                                                                       

       DÖRDÜNCÜ HİSSƏ 

 

Tale quşu, xəbər ver, təkcə bircə taledən  

Bircə dəfə taleyi dəyişdirə biləndən. 

*** 

Yazılanı bir dəfə, görən, poza bilərsən?  

Yerinə yenisini bir gün yaza bilərsən? 

*** 

İnsanı sağlığında əzizlə, sevinəcək,  

Öləni ha əzizlə, onsuz da bilməyəcək. 

*** 

Könlünü al qəlbin, könlü xoş olsun qəlbin,  

Könlünü qırma, könlü naxoş olmasın qəlbin. 

*** 

Ağıla heyranam mən, ağıllı insanı severəm,  

Xoşuma gəlməyəni, ağlına görə çox sevərəm. 

*** 

Yolunda bax nə var ki, daşa, dəmirə oxşar,  

Onları götür yoldan, ayaqlara dolaşar. 

*** 

Sən düz yollarla get ki, ayağın dolaşmasın,  

Əyri yolda dərdlərin qoy başından aşmasın. 

 *** 

Başına qazan keçir, heç kəs görməsin üzün,  

Nə istəyirsən eylə, bir kimsə bilməz düzün. 

*** 

Əməlindən bəlli olar, gizli bir iş də görsən,  

Ariflər biləcək ki, bu işi məhz sən görübsən. 

*** 

Bağçada hər meyvə var; alça, ərik, nar, lumu,  

Hətta oxşamasa da, tanıyırıq hər tumu. 

*** 

Balan oxşar sənə xoş üzü, hər hali ilə,  

Ədəb-ərkanı, təbi, hər cür xasiyyətiylə. 

 *** 

Gər olsan xoş niyyətli, dünya olmaz sənə dar,  

Etdiyin xeyir əməl bir gün verər sənə bar. 

*** 

Olmasın qəlbində qəzəb və şiddət,  

İnsanda gərək ola xoş xasiyyət. 

*** 

Düşməni dostum bilib, düzü-dünyanı gəzdim,  

Tanısaydım, düşməni yaxın dostum bilməzdim. 

*** 

Ey övladım, gözümün nuru, dinim, imanım,  

Gördüyümə inanım, ya hissimə inanım? 

*** 

Çox vaxt hiss eylərsən, amma fəhmin düz söylər,  

Hissinə inanma, hissin səni hiss eylər. 

*** 

Tanrıdan bir payin var, ağacında bar da var,  

Övlad kimi pay göstər, bundan gözəl harda var? 

*** 

Qədrini bil, hər gün çay qızıl alma gətirməz,  

Çay qurusa, nə alma?- heç suyu da içilməz. 

*** 

Tanrı nə yaradıbsa, əskiyi-artığı yox.  

Kim nə yarada bilər? – Onun yaratdığı yox! 

*** 

Yaratmaq Tanrıya məxsus, mən kiməm nəsə yaradam?  

Özümü Tanrı yaradıb, mən nəyi, necə yaradam? 

                                    *** 

Qüdrətdəndir, ey insan, filosof, sair, rəssamsan,  

Tanrı rəhm edib verdi, oldun şair, ya yazansan. 

                                     *** 

Sən keçmişə dön, bir bax, İsgəndər nə istədi? –  

O dünyanı istədi, ömür aman vermədi. 

 *** 

Böyük-böyük danışma, Allaha şərik qoşma,  

Birdən qolun tərpənməz, ağzına qoya loxma. 

*** 

Aşkarım, gizlində olsaydı, bilməzdilər nəyim var,  

Gizlindəkilər aşkar olsa, görərdilər nəyim var. 

*** 

Aslana heyranam təkcə adına görə yox,  

Heyranam ona görə ki, şahanə işi çox. 

*** 

Çaqqala yaxşı ki, deyildi “budu çaqqal”,  

Yoxsa, deyərdi mənəm meşəyə ağsaqqal. 

*** 

İlana verilməsəydi sancmaq qabiliyyəti,  

İnsanın diliylə sancmağı olardı xasiyyəti. 

*** 

Nizamı elə düz ki, yox iynə ucu nöqsanı,  

Nədən nə görsək nöqsan axtarrıq, gəzib hər yanı? 

*** 

Deyəcəyin söz bir məna kəsb etmirsə,  

Sus, əgər mənliyini ifşa edirsə. 

* ** 

Əgər məclisdə olmasan tanınan məşhur alim,  

Dilin cilovun bərk saxla, dinləməsə də təlim. 

*** 

Elə söz demə biri utanıb, qızarsın, 

Dediyin hər bir sözdən vicdanın boylansın. 

*** 

Qonşunun süfrəsində olmasa urvalıq,  

Sən necə evində taparsan bir rahatlıq?! 

*** 

Gər doldurarsan evinə, edər artıqlıq,  

Nəyisə bağışlasan, olar xeyirxahlıq. 

  *** 

Sənə verib yaradan, sən də ver olmayana,  

Hər verdiyin yazılır, agahdır Yaradana. 

*** 

Sıxma əllərini, ver yoxsula olanından,  

Vədi mən etmədim, dediyin verər Yaradan. 

*** 

Gərək Allah deyənə sən də əməl edəsən,  

Son nəfəsdə qoymazlar bir də geri dönəsən. 

*** 

Gərəyini götür, qalanı ver olmayana burda,  

Özgəyə verdiyin də özünə çatacaqdır orda. 

                              ***        

Gər bostançı bostanı tək özü nuş edəcək,  

Ertəsi il bostanı çəyirtgələr yeyəcək. 

*** 

Bir quşa belə Tanrı verməsə dəni cüzi,  

Qışda qarlar yağanda, taparmı o quş ruzi? 

*** 

Bir gəncin addımları olsa da asta-asta,  

Təqib etməkçin qoca qaçar ki ona çata. 

*** 

Hər kəs ki, bacarmaz edə dərzilik,  

Tərs-avand tikər, deyər bu iş qayçılıq. 

*** 

Millətin başında olmasa güclü hökmdar,  

Hər kəs eşqə düşər ki, olsun özü hökmdar. 

*** 

Gərək qazanasan ki, gəncliyində bir peşə,  

Ayaqların deməsin, peşəm budur yer eşə. 

*** 

Borc verməsən, nə deyər bir gün sənə var verən?  

Bir gün geri alarcaq o verdiklərin səndən. 

 *** 

                                                          

 


media-ads-728x90

Bənzər xəbərlər