XALİDƏ HİCRAN
HİKMƏTLİ BEYTLƏR
4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 1- ci cild.
OXUCULARIMIZIN XAHİŞİ İLƏ
——————————–
İKİNCİ HİSSƏ
Qara qəlbli olma ki, zülmətdə cəhalət var,
Qəlb işıqlı olsun, qəlb nurunda şəfqət var.
***
Azından az da olsa, istəyənə yox demə,
Azdan ver ki, lap coxdan özünü məhrum etmə.
***
Kəlmələrin mənasızsa, boşboğazlıq eyləmə,
Söhbətini gözləsinlər, sən uçuzluq eyləmə.
***
Nərdivanı aramla çıx, hobbanıb divar aşma,
Yıxılıb qol-qıçı qırma, axsaq-axsaq dolaşma.
***
Qabalıqdan sən qabarıb, palçıq kimi püskürmə,
Qabalığın bədəlini özgəyə kinlə ödətmə
***
Qırma, dağıtma qəlbləri, ruh ver insana,
Hər kəsə bir şirin söz de, qoy ruhları canlana.
***
Dil acısı səndə qalsın, şirini acılamasın,
Şirin sözləri söylə, acı ortanı qarışdırmasın.
***
Budur, başım ucadır, çünki orda qeyrət var,
Qeyrət yoxdursa başda, necə ucalıq olar?
***
Eşşək olma batasan, qamçı dəyə sirtina,
Sən arif ol, qamçını dil ilə səylə ona.
***
Sən qazan, qazanın-qazancın olsun,
Sənin ruzin neçə qarın doydursun.
***
Həyatda bənzətmə olsa da bəzən,
Yerinə düşəndə xoş olar hərdən.
***
Ey övladım, it hürər, görsə ki təksən,
üşmən yanında köhnə görünər təzən.
***
İnsanı heç nə ilə müqayisə etmərəm,
Amma hər seydə onu qövmü-hikmət bilərəm.
***
İşi həvəslə görsən, olar o iş çox gözəl,
Peşəni gözəl öyrən, işin olsun qoy özəl.
***
Heç olmadı bir əşya gözəlliyin əbədi daşıya,
İnsanlar torpaq olur, qılıncsa çürük əşya.
***
Bil, gözəllik nisbidir, nəsə mükəmməl olmaz,
Gözəl eyibsiz olmaz, olsa da, gözəl olmaz.
***
Hər işdə bir zəhmət var, zəhmətin dəyərin bil,
Nöqsan gəzmədən öncə gözəlliyin qədrin bil.
***
Dünya bir burulğandır, sən susan ora düşən?
Burulğanda su olma, boz çöllərə can ver sən.
***
Sən mümkünü istə ki, namümkün mümkün deyil,
Sübh çağı görəcəyin, gecələr mümkün deyil.
***
Eşq mülkündən sənə çatan oldu bir azacıq sevgi,
Sevənə bəs etməsə də, sevilən deyil gileyli.
***
Sevdiyinin qəlbində sən olsan parlaq Günəş,
Yüz çıraq cəlb eyləsə, bəs edər bircə Günəş.
***
Sevən kəsin qəlbində sönsə sevgi çırağı,
Görməz səni, axtarar gözləri də qırağı.
***
Dünyada kimdə gördümsə sədaqət və etibar,
Olmadı dizində taqət, vermədi zəhməti bar.
***
Dünyada kimdə gördümsə bir vəfasızlıq,
Heç nə vecinə olmadı, etdi arsızlıq.
***
Özünü tanıdarsan oturub-durduğunla,
Adın birgə çəkilər bil gəzdiyin dostunla.
***
Özünə etməsələr də biləsən yaxşılıq nədi,
Görsən özün pisliyi, yaxşı ol ki, bilsinlər nədi.
***
Bağda gülün-çiçəyin açsa, məsud olursan,
Uşagın ürəyincə olsa, xoşbəxt olursan.
***
Övlada elm ver, olsun savadı, sənə savabı,
Gülün tər ləçəyindən çəkilər bil ki, gülabı.
***
Övlad sənin qanadın, budağın, yarpağın,
Elm ver, təhsil ver ki, yaşıllaşsın budağın.
***
Etmə bir hərəkət ki, olub qadağan,
Sənin pis əməlindən üz olar qətran.
***
Ey kamançı, çal ki, dincəldəsən ruhları,
Sən kaman, mən simin-asta çal, qırma barı.
***
Ey balam, balım, şirinim, şərbətim,
Sən elə ol, fəxrlə deyim: “sərvətim!”
***
Bəxtin olsa, taparsan qızıldan bir teşt,
Ağlın olmasa, bir gün əldən gedər teşt.
***
Gözəlsən, gətirməsə bəxtin, nə fayda?
Görünməz gözəlliyin – bax, budu qayda.
***
Külək bir gün görsən başında əsir,
Sən gör o küləyi heç qılınc kəsir?
***
Sənə möhlət verilib hər işini edəsən,
Gərəkdir işlərini sər-səhmanla görəsən.
***
Bədəninə etməsin başın ağırlıq,
Fikirləşmə, edərsən zorla darğalıq.
***
Bir göz qırpımında keçir şux gənclik,
Gənc ikən işlə sən, nə lazım dinclik?
***
Ahıl qocalıqda sən etsən biclik,
O, sənə yaraşmaz, edərsən giclik.
***
Əlini bulama harama – çirkaba,
Haramla tikilən ev qalar xaraba,
***
At bu dünya malını, soruş miskin halını,
Qoyulsa başına daş, yazsınlar daş- başını.
***
Dözümlü ol hər işdə, nə taparsan pislikdə?
Mərdlik olmaz biclikdə, xəsislik – kişilikdə.
***
Ölçmə pulla insanı, nə biləsən qismətində olanı,
Kimi satır kərpici ucuz, kimi palçığını bahalı.
***
Allahın hökmündədi ruhun, canın və cismin,
Təkcə bunlar sənindi, əməlin, bir də ismin.
***
Bu dünyada daima mənəm-mənəm deyənlər,
Unudur dünən olub yavan çörək yeyənlər.
***



