media-ads-728x90
media-whatsapp-image-2026-10-20-at-20-19-58
media-ads-728x90

                   HİKMƏTLİ  BEYTLƏR

                     4 cildlik “ HİKMƏT  XƏZİNƏSİ”,   1- ci cild.  

 

                

                                                                                       

 

      ALTINCI HİSSƏ

                                               

Pərdəni çəksələr daş vicudun üstə,  

Əməlin pis olsa, tüpürərlər büstə. 

*** 

Ötüb keçsən də iri addımla, 

Ülfəti kəsmə tanış- dostunla. 

*** 

Sənə xeyirxahlığı bəyən, alqışla,  

Öz xeyirxahlığını isə bağışla. 

*** 

Qanunlara riayət etməsə qanun yazan,  

Başqasının qanunu pozması olar asan. 

*** 

Baş başdan aşağı başdan əyrisə, 

 Ayaq da əyilər başdan əyilsə. 

*** 

Baş başdan aşağısa, o baş özü əyilsə,  

Ayaq neyləsin, vicud ta başından əyrisǝ? 

*** 

Taleyin beş ulduzu, kimə parlar ulduzu,  

Kimə kəsildi quzu, kimə şaxta, qar-buzu. 

*** 

Haray istəmə yaddan, sən dilə tək tanrıdan, 

 Versə təkər bacadan, taparsan astanadan. 

*** 

Almazın qiyməti olmaz, əgər olmasa cilası,  

At onda qiymətli olar, başına salsan cilovu. 

*** 

Başına su tökərsən ki, olasan sən tərtəmiz,  

Təmiz olmaqçın pak ola, gərək, hər əməlimiz. 

*** 

Baş ucu, kələf ucu, dağ ucu, qılınc ucu,  

Bunları tanımasan, tapmazsan bir yol ucu. 

*** 

Bir kənddə ki kəndxuda kəmxuda olsa əgər,  

O kənddə kəndxudadan razı tapılar məgər? 

*** 

Şahin şaha layiqdi, ov olarsa əgər,  

Şahin şaha şahindi, ov olmasa məgər. 

*** 

Darğalar dardan asılsa özü əgər,  

Bir darğa darğa olmaq istərdi məgər? 

*** 

Bir başı kəssə adam, cəllad adlanır əgər,  

Cəlladı cəllad edən bir əmr deyil məgər? 

*** 

Hər hikmətin içində gizlənsə 1001 məna,  

İki 1-i götürsək, sıfırlarda nə məna? 

*** 

Qansaydı hər edilən eyhamı insan,  

Qanmazı başa salmaq olardı asan. 

*** 

-Fəhmin, yoxsa əhdin, – hansı gerçək olar?  

-Kimin fəhmi gerçək olar, kiminsə əhdi puç olar. 

*** 

Bəsləsən, açacaq dibcəkdə çiçək,  

Zəhmətsiz nə əksən sən gözünü çək. 

*** 

Damazlıq olmayacaq bəslənməyən bir qoçdan,  

Namuslu düşməndən yox, qorun namussuz dostdan. 

*** 

Dedi-qodu sevənlə dost olma sən əzəldən,  

Yaxan qurtula biməz həmən zəhlətökəndən. 

*** 

Olmasa da göz nurun, bəs edəcək qəlb nurun,  

Səsindən anlayarsan insanın acın-toxun. 

***  

Sarıbdı dünyanı haqsızlıq, cəhalət,  

Yox olur insanda insaniyyət, qeyrət. 

*** 

Axarsa gözlərindən damcı- damcı billur su,  

Qəlbinin ahıdı ki, elə təmizdi o su. 

*** 

Olsa da qəlb evinin hər güncündə min bir dərd,  

Mən bilərəm onları hamısını şəkər, qənd. 

*** 

Olmaya, olasan sən də bircə vasvası,  

Öz əlindən ürpənib, hey yuyarsan tası. 

*** 

Dərdi dərd bilməsən daha da yaxşı,  

Bil ki, dərd tanıyar dərd çəkən başı, 

*** 

Qeyrət gördüm o kəsdə ki, saldı aləmi heyrətə,  

Elə biqeyrət gördüm ki, saldı qeyrəti heyrətə. 

*** 

Otursa da süfrənin baş ucunda bir qanmaz,  

Harada oturduğun onsuz da yenə qanmaz. 

*** 

Torpaq insan eybin örtmür ölənə qədər,  

Pul örtür çoxunun eybin bu günə qədər. 

*** 

Divardakı çatları yağış yuyar, seyrələr,  

İnsandakı eyiblər pul artdıqca örtülər. 

*** 

Göz toxluğu olmasa başladığın dostluqda, 

Sənin əlin qalacaq havadakı boşluqda. 

*** 

Düz bölünməsə dövlət, heç qardaşlıq da olmaz,  

Hətta ər-arvad belə birlikdə xoş yaşamaz. 

*** 

İki dost arasında bil ki, olar üç alma,  

Birin özünə götür, araya tamah salma. 

*** 

Bir qarına sahibik, bir də ki, başa-gözə,  

Baş fikrini deyəndə, gərək, qarın da dözə. 

*** 

Dünyanı öz nəfsinə nə qədər qurban versən,  

Gözüac gedəcəksən, nə qədər yığıb yesən. 

*** 

Sən davransan hər kəsə bir xeyirxah insan tək,  

Bil ki, darda qalanlar sənə yaxın gələcək. 

*** 

Zərrə qədər olsa da qəlbindəki paxıllıq,  

Ürəyinə verəcək batman-batman ağırlıq. 

*** 

Gözlər çox qamaşsa da gözəl geyim-keçimə,  

Nə parıltı, nə geyim, bil ki, qalmaz heç kimə. 

*** 

Axmasın gözlərindən hüzün-kədər selləri,  

Uca dağ zirvələri görər tufan yelləri. 

*** 

 

Kim ki, kimin ocağın qan çiləyib söndürər,  

Ocaq söndürənin də ocağı külə dönər. 

*** 

Ölümqabağı hər kəs gəlsə də ağıla,  

Bilməz kimi özünə köməyə çağıra. 

*** 

Ürək qəmgin, sən tap təmkin,  

Tanımırsan, etmə ərkin. 

*** 

Sən hər sözə olma həməncə qəmgin,  

Kim mülayim deyər, kimi də kəskin 

 

——– 

 

 

 

 

 

 

 

 

 


media-ads-728x90

Bənzər xəbərlər