Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1966-cı il təvəllüdlü X.Məmmədli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, X.Məmmədlini həyat yoldaşı 1965-ci il təvəllüdlü A.Məmmədov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədovun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.








