media-ads-728x90
media-1792734184_1785164696_822f58eb97c89d3b48314a7c9cbb3258_budces
media-ads-728x90
Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək.
Pressline.az xəbər verir ki, bu, “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, şəhər və rayonların yerli xərclərinin maliyyələşdirilməsi üçün onların gəlirləri yerli xərcləri təmin etmədikdə, müvafiq qurum həmin şəhər və rayonlara xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayıra bilər.

Qeyd edək ki, 2027-ci ildə şəhər və rayonlar üzrə ümumilikdə 18 milyard 430 milyon manat gəlir, 735.575 milyon manat yerli xərc nəzərdə tutulub.

Gəlirlərin yerli xərclərdən artıq olan 17 milyard 694 milyon manatlıq hissəsinin mərkəzləşdirilmiş gəlirlərə aid edilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri son proqnozlara əsasən 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində gözlənilir./olke.az

 

 


media-ads-728x90

Bənzər xəbərlər