media-ads-728x90
media-whatsapp-image-2026-10-20-at-20-19-58
media-ads-728x90

                         HİKMƏTLİ BEYTLƏR                       

                     4 cildlik “ HİKMƏT  XƏZİNƏSİ”,   1- ci cild.  

 

                                                                                                                                                                 OXUCULARIMIZIN  XAHİŞİ   İLƏ 

                                                                                                                                                                  ———————————- 

                                                                                      

 

      ÜÇÜNCÜ  HİSSƏ

 

Qaldırsa ucaya, sorusu olmaz,  

Yendirsə ucadan, carə bulunmaz. 

*** 

Ey insan, özünsən ağlına sahib,  

Bax, kim nə aparıb, kimdən nə qalıb? 

*** 

Gözləmə olmayan səndən istəsin,  

Varınsa, ver nəsə, o istəməsin. 

*** 

Hər nə baş verirsə, görən-bilən var,  

Sən pis əməl etmə, özünə bil ar. 

*** 

Bir kəsə eləsən bir azca pislik,  

O günə yazılar qazanca “pislik”. 

*** 

Hirsini hər zaman səbrlə ram et,  

Səbirsiz işdən sən hər zaman dad et. 

*** 

Etinasız nəzərlə süzmə birini,  

Baxışın agah edər, bil, mənliyini. 

*** 

Mənasız söhbəti heç etmə,  

Özünü boşboğaz öyrətmə. 

*** 

Tələsmirsən yeri asta – asta,  

Xəmir də qıcqırsa, qalmaz tasda. 

*** 

Qaçmaqla mənzil başına çatılsa,  

Nə edərsən əgər qıçın qırılsa? 

*** 

Gər səbir etsən, xeyir görərsən,  

Səbirsiz olsan, zərər çəkərsən. 

*** 

Səbrlə əcəl yan- yanadı,  

Bax, gör hansı səndən yanadı. 

*** 

Sən dərdliyə demə niyə ağladın?  

Könlünü al, deməsin ki, danlandım. 

*** 

Göz-gözə sataşsa, ildırım çaxar,  

Sevən könüllərdə min səs çıxarar. 

*** 

Sirri saxlamasan əgər pünhan,  

Səni bəyənməz hətta öz anan. 

*** 

Bir daş parçasıdırsa köksündə ürək,  

Daha ondan nə umaq, nələr diləyək? 

*** 

Duyğun, hissin olubsa sənin hər şeyin,  

Onlar olmasa, daha sənin var nəyin? 

*** 

Əməlin getsə nadan yanında boşa.  

Arvadın pissə, onu öldürmə, boşa. 

*** 

Canını alma ki sən bircə cücünün,  

Bir də görərsən öldü kəli cütünün. 

*** 

Tanısan Allahı rəhmli olarsan sən,  

Rəhmət sahibindən rəhmət bularsan sən. 

*** 

Bir şiddətlə-hiddətlə işə əl qoyma,  

Düşmənin olsa belə, haqqını danma. 

*** 

Bir azca gözəllik qəlbində olsa,  

Sən gözəl görərsən çirkin də olsa. 

***  

Bu dünya bir anlıqdır, ötüb keçəcək,  

Yerdə, ya göydə əcəl bizi güdəcək. 

*** 

Yolunu düz getsən, rəhmət deyiləcək,  

Nalayiq olsan, dad-fəryad ediləcək. 

*** 

Anbarında buğdan var, zəmində tütün,  

Səndən oğurlanmasa, deməzsən “tutun!” 

*** 

Özgəyə olana sən olma ehtinasız,  

Onda sən olarsan hamıdan etibarsız. 

*** 

Zurnanı kim üfürsə, zurna səsin çıxarar,  

Amma öz ahəngini zurnaçı çalsa, tapar. 

*** 

Nə işlə məşğulsansa – zurnaçı, ya başmaqçi,  

Gərək, başında olsun öz sənətinin tacı. 

*** 

Daş daşa dəysə əgər, guruldar, səs çıxarar,  

Gül-gülə dəysə, susar, ətrafa ətir saçar. 

*** 

Yardımını elə et, kimsə duyub bilməsin,  

Yüz adam öyrənincə, təkcə Allahın bilsin. 

*** 

Gər qısqanclıqla baxsa biri səndə olana,  

Əməlində doğru ol, o kəs səndən utana. 

*** 

Mənəm-mənəm söyləyib, tikiləni sökmə sən,  

O vaxt sökə bilərsən, lap gözəlin tikəsən. 

*** 

İnsan odur – özü darda olsa da, imdada yetə,  

Öz dərdini unudub, özgəyə fəryada yetə. 

*** 

Dünya malını yığma, özünə yetsə, bəsdir,  

Sənə lazım deyilsə, yığmağın da əbəsdir. 

*** 

Yığma dünya malını qalsın nəvənə deyə,  

Onsuz da qalmayacaq sonda dünya kimsəyə. 

*** 

Uçsam, gedib görərəm, görən, cənnət-məkanı?- 

Cənnəttək qəlbin olsun, hamı sevsin oranı. 

*** 

İkiüzlü olmasan, dalınca atılmaz boğma,  

Bir zəqqumun yerinə, sən yeyərsən yağlı loxma. 

*** 

Yalana düz söyləmə, kəssələr də dilini,  

Düzə düz səyləyərsən, sevərlər əməlini. 

*** 

İnsan, qıyma heyvana, ver yeməkdən, suyundan,  

Bularsan bir mərhəmət səni də yaradandan. 

*** 

Müşkül işlər açılmaz, çarəsi Allahdandır,  

Çarəsin Ondan istə, sənin inamındadır. 

*** 

Başında nə olacaq? -Ya dərd, ya da ki, fikir,  

Sən nəyi düzəldərsən? -Dünya özü dərd çəkir. 

*** 

Fikrinin fikrin etmə, işini gör aramla,  

Məşğul olmayan başda, fikir çox olar, anla. 

*** 

Quzğun-qarğa varsa, bil ki, orada cəmdək var,  

O cəmdək can yeyərdi, indi olub bir şikar. 

 *** 

Gizlidə yox bir işin, onda niyə qorxun var?  

Gizlində olanları bir bilən, oxuyan var. 

 *** 

 


media-ads-728x90

Bənzər xəbərlər